Xəbəriniz olsun, Xəbərlər

10 məşhur heykəlin sirri

Möhtəşəm heykəllərin sükutu çox sirlər gizlədir.

Oqyuste Rodindən soruşanda ki, o heykəlləri necə yaradır, heykəltaraş Mikelanconun sözlərini təkrar edir: “Mən mərməri götürürəm və onun artıq hissələrini kəsirəm”. Yəqin ona görə, ustadın yaratdığı heykəllər hər zaman sehirbazlıq hissi yaradır. Elə zənn edirsən ki, bir parça daşda gizlənən gözəlliyi görməyə yalnız  dahi  qadirdir.

Faktiki olaraq hər bir incəsənət əsərində bir sirr var, ya da gizli tarixçə var. Bunların bir neçəsini  sizlərlə paylaşacağıq.

Mikelancelo "Buynuzlu Musa"
Mikelancelo “Buynuzlu Musa”

Yaratdığı heykəldə Mikelancelo Musanı buynuzlu təsvir edib. İncəsənət tarixçilərinin çoxu, bunu İncilin düzgün təfsir olunmaması ilə əlaqələndirir. İncildə deyilir ki, Musa Sinay dağından düşəndə, insanlar onun üzünə baxmağa çətinlik çəkirdilər. Bu yerdə İncildə bir söz işlənib ki, ivrit dilindən tərcümədə həm “şüa ” həm də “buynuz” mənasını verir. Ancaq kontekstə uyğun olaraq demək olar ki, söhbət məhz  işiq şüalarından gedirdi-Musanın üzü nur saçırdı, buynuzları isə yox idi.

"Appalon"
“Appalon”

Uzun zaman hesab edilirdi ki, ağ mərmərdən olan antik heykəllər, ilkin vəziyyətdə rəngsiz olub. Lakin alimlərin son tədqiqatları fərziyyəni təsdiq etdi: heykəllər rənglərə boyanırdılar, ancaq hava və işıqla uzunmüddətli təmasdan sonra rənglər yoxa çıxırdılar.

Kopenhagendə yerləşən “Su

"Su pərisi"
“Su pərisi”

pərisi” heykəlinə vandalların “xüsusi sevgi”si var. Heykəli dəfələrlə sındırıblar və parçalara bölüblər. “Supərisi”nin iki dəfə başı kəsilib: 1964 və 1998-ci illərdə. 1984-cü ildə isə onun sağ əlini qoparıblar. 2006-cı ilin 8 mart tarixində heykəli yaşıl rəngə boyayıblar və üstündə “8 martınız mübarək” yazısını cızıblar. 2007-ci ildə vandalizm insidentlərinin  və turistlərin heykələ dırmaşmaq cəhdlərinin qarşısını almaq üçün “Supərisi”ni limandan daha uzaq yerə köçürüblər.

Oqyuste Rodi “Öpüş”
Oqyuste Rodi “Öpüş”

əsəri əvvəlcə “Françeska da Rimini” adını daşıyırdı: bu ad XIII əsrin görkəmli italyan qadının şərəfinə qoyulmuşdur. Bu adı Dantenin “İlahi komediya”sı əbədiləşdirdi. Qadın öz qaynı olan Paolonu sevir. Onlar ”Lansetto və Qvinevra”nın tarixçəsini oxuyan zaman əri onları görür və sonra öldürür. Heykələ baxanda görmək olur ki, sevgililərin dodaqları bir birinə toxunmur, sanki demək istəyirlər ki, “biz günah etmədən öldürüldük”. Əsəri 1887 ildə ilk dəfə görən kritiklər onun adını “Öpüş” adıyla əvəzləyiblər.

"Mərmər örtük"
“Mərmər örtük”

Yarı şəffaf mərmər örtüklü heykələ baxanda, istər istəməz düşünürsən ki, bunu mərmərdən necə hazırlamaq olar? Hər şey mərmərin xüsüsi srukturundan irəli gəlir. Mərmər iki qatdan ibarət olmalı idi: biri daha şəffaf, digəri isə daha bərk. Belə təbii daşları tapmaq çətin olur, lakin onlar mövcuddur. Ustanın ağlında bir süjet var idi, o bilirdi hansı mərməri işləyəcək. Heykəltaraş heykəli yaradarkən mərmərin teksturasını pozmayaraq, şəffaf və bərk hissələrinin sərhədi ilə işləyib. Nəticədə mərmərin şəffaf hissəsinin  qalıqları “örtük” effekti yaradıb.

Mikelancelo ”David”
Mikelancelo ”David”

 heykəlini Aqostino di Duççonun uğursuz və işləyə bilmədiyi ağ mərmər parçasından düzəldib. Yeri gəlmişkən deyək ki, əsrlərlə kişi gözəlliyinin rəmzi sayılan “David” o qədər ideal deyil. O çəpgözdür. Belə qənaətə Stenford universitetindən amerikan alimi olan Mark Livoy gəlib. O, heykəli lazer texnikasıyla yoxlayıb. “David”in “göz qüsuru” hündür pyedistal üzərində yerləşdiyinə görə bilinmir. Ekspertlərin fikrinə görə, Mikelancelo bilərəkdən “David”i bu çatışmazlıqla bəzəyib ki, heykəlin profili, baxılan hər tərəfdən ideal görünsün.

“Ölüm öpüşü”
“Ölüm öpüşü”

Pablenou katalon qəbirstanlığında ən sirli heykəl “Ölüm öpüşü” adını daşıyır. Məhz,  bu heykəl kinorejissor Berqmanı “Yeddinci möhür” əsərini  yaratmağa ruhlandırdı. Onu yaradan heykəltaraşın kim olduğu bilinmir. Heykəlin müəllifliyi Joan Barbaya aid edilsə də, lakin elə düşünənlər var ki, heykəlin müəllifi Joan Fonbartdır.

Aqesandr, “Venera Milosskaya”
Aqesandr, “Venera Milosskaya”

“Venera”nın heykəli Luvr muzeyində şərəfli yer tutur. 1820-ci ildə bir yunan kəndlisi  heykəli Milos adasında tapıb.Tapılan zaman heykəl iki böyük hissəyə bölünmüşdür. “İlahə” sol əlində alma, sağ əlində isə üzərindən düşən paltarı tutub. Tarixi əhəmiyyətini anlayan fransız hərbi donanmasının zabitləri heykəlin adadan aparılmasına göstəriş verirlər. Heykəli gəmiyə  apararkən hamballar arasında dava düşür və “Venera”nın iki qolu qopur. Yorğun hamballar qayıdıb “heykəlin qollarını” axtarmaqdan imtina edirlər.

"Nika Samofrakiyskaya”
“Nika Samofrakiyskaya”

“Niki”nin heykəlinin 1863-cü ildə Somofrakiya adasında fransız konsulu və arxeoloqu Şarl Şampuazo tapıb. Heykəl qızılı pariy mərmərindən hazırlanıb. Tədqiqatçılar hesab edirlər ki, heykəl bizim eradan əvvəl II əsrdə baş tutan yunan dəniz  döyüşlərinə həsr olunub. “İlahə”nin başı və əlləri qopub. Dəfələrlə  onları bərpa etmək istəsələr də, bu mümkünsüz olub. Fərz edilir ki,“Niki” nın sağ əlində kubok, ya çələng, ya da şeypur olub. Maraqlıdır ki, dəfələrlə heykəlin əllərini bərpa etmək  istəsələr də, bu mümkün olmayıb. Bu uğursuzluqlar təsdiq edir ki, Niki yalnız belə gözəldir, öz natamamlığı ilə  mükəmməldir.

Entyen Falkone “Mis Atlı”
Entyen Falkone “Mis Atlı”

Əfsanələrin birinə görə 1812 ildə baş verən vətəndaş müharibəsi ilə əlaqədar  I Aleksandr şəhərdən dəyərli incəsənət əsərlərinin, həmçinin I Pyotrın heykəlinin çıxarılmasına əmr verib.  Həmin zaman mayor Baturin çarın dostu olan knyaz Qolisinlə görüşüb ona deyir ki, o hər dəfə eyni yuxunu  görür. O, özünü Senat meydançasında görür. “Mis Atlı” tərpənməyə  başlayır  və Peterburq şəhərinin küçələri  ilə irəliləyir. Sonra atlı I Aleksandrın  yaşadığı  Daş ada yerləşən   tərəfə yollanır. I Aleksandr  Pyotrun qarşısına çıxır və bu zaman “Mis Atlı” deyir: “Cavan oğlan, sən mənim Rusiyamı nə günə qoydun. Ancaq  mən nə qədər ki, öz yerimdəyəm, mənim şəhərimə heç nə olmaz”. Baturin bu yuxunu çar I Aleksadra danışır. Bunun nəticəsində heykəli aparmırlar və “Mis Atlı” öz yerində qalır.

Tərcümə etdi və hazırladı: Pərvanə Sadıqova

Adme.ru

Öncəki xəbərNövbəti xəbər

1 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.