İqtisadiyyat, ZZ-Manşet

11 mehmanxanaya dərəcə sertifikatı verilib

otelMədəniyyət və Turizm Nazirliyi 11 mehmanxanaya dərəcə sertifikatı verib.

GSR.fm APA-ya istinadən xəbər verir ki, mehmanxana və mehmanxana tipli obyektlərdə göstərilən xidmətlərin müvafiq tələblərə və standartlara uyğunluğunu yoxlamaq və müəyyən etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyi mehmanxanaların təsnifatını aparır.

Avropanın bir çox ölkələrində tətbiq olunan “HotelStars Criteria 2010-2014” kriteriyalarına uyğun hazırlanmış “Mehmanxana və mehmanxana tipli obyektlərin təsnifatı, ulduz kateqoriyaların müəyyənləşdirilməsi və qiymətləndirilmədə meyarların tətbiq edilməsi barədə” AZS 745-2012 Dövlət Standartına uyğun həyata keçirilir.

Nazirlik “JW Marriott Absheron Baku”, “Kempinski Hotel Badamdar Baku”, “Caspian Sea Resort” mehmanxanalarına 5 ulduz, “Şah”, “Alp İnn”, “Emerald”, “Viləş Palace”, mehmanxanalarına və “Meşəbəyi” istirahət mərkəzinə 4 ulduz, “Austin Butik”, “Arena” mehmanxanalarına 3 ulduz, “Rigs” mehmanxanasına isə 2 ulduz dərəcə sertifikatı verib.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.