P.S, Xəbəriniz olsun, Z-Manset

2015-ci ilin səyahət etməli ölkələri - Xəbəriniz Olsun

“Lonely Planet” nəşriyyatı öz saytında 2015-ci ildə turistlərin səyahət edə biləcəyi ən yaxşı 10 ölkənin adını açıqlayıb. Bu siyahını tətrib edənlər turizm sahəsindəki məşhur ekspertlərdir: jurnalistlər, səyahət sevənlər və bu sahənin analitikləri. Reytinqə məşhur ancaq turistlər arasında az tanınan ölkələr daxil olub. Ekspertlərin tərtib etdiyi həmin reytinqi sizə təqdim edirik.

Top-10-luchshih-gorodov-dlya-turistov-2015-goda-10

10.Toronto – Kanadada ən böyük şəhərdir. Ontario əyalətinin isə mərkəz şəhəridir. Reytinqdə 10-cu yerdədir. (Foto: Maurizio Peddis).

Top-10-luchshih-gorodov-dlya-turistov-2015-goda-9

 

9. Çennai – bu şəhər Cənubi Hindistanın paytaxtı hesab edilir. Tamilnad Ştatının administrativ mərkəzidir. Ölkənin dördüncü böyük şəhəri sayılır (Mumbay, Dehli və Kəlkütədən sonra). Reytinqdə 9-cu yerdədir. (Foto: Dr. Mithun James).

Top-10-luchshih-gorodov-dlya-turistov-2015-goda-8

8. Vyana – Avstriyanın paytaxtı və ən böyük şəhəridir. Dünyada öz balı (rəqsi) və qədim, fərqli arxitekturası ilə məşhurdur. Gələn il səyahət edə biləcəyiniz ölkələr reytinqində 8-ci yerdədir. (Foto: Boazlmages).

Top-10-luchshih-gorodov-dlya-turistov-2015-goda-7

7. Salisberi (Salisbury) – tipik İngiltərə şəhəridir. Məşhur “Stounhenc” abidəsinə gedən yolda yerləşir. Bu yaxınlarda səyahət sevənlər buranı “aşkar etdilər”. Və reytinqdə 7-ci yerdədir. (Foto: Prabhu B Doss).

Top-10-luchshih-gorodov-dlya-turistov-2015-goda-6

6. Plovdiv – Bolqarıstanın paytaxtı Sofiyadan sonra ikinci ən böyük şəhərdir. Avropanın ən qədim gözəl şəhərlərindən biridir. Reytinqin 6-cı yerində qərarlaşıb. (Foto: Emilofero).

Top-10-luchshih-gorodov-dlya-turistov-2015-goda-5

5. Valleta – Maltanın paytaxtıdır. Bu şəhərdə XVII əsrdə əsası qoyulmuş binalar indiyə kimi qorunur. Binaların yenidən bərpası şəhərə daha da gözəllik verib. Qədimiliyi sevən hər kəs bu ölkəni mütləq ziyarət etməlidir. (Foto: KB).

Top-10-luchshih-gorodov-dlya-turistov-2015-goda-4

4. Zermatt – İsveçrədə yerləşən bu dağlıq ərazi adrenalin sevənlər, alpinistlər və xizək sürməyi bacaranlar üçündür. Gələn il mütləq bura səyahət edin. (Foto: Mac Qin).

Top-10-luchshih-gorodov-dlya-turistov-2015-goda-3

3. Milan – İtaliyanın ikinci ən böyük şəhəridir. Milan moda paytaxtı, yüksək incəsənət mərkəzidir. 2015-ci ildə turistlər üçün ən yaxşı ölkələr siyasının üçlüyünə daxil olma şərəfinə layiq görülüb. (Foto: Wojciech Toman).

Top-10-luchshih-gorodov-dlya-turistov-2015-goda-2

2. El Chalten – Argentinanın Santa-Krus vilayətində yerləşən dağlıq kənddir. Bura səyahət edən təbii buzlaqları, dağları, gölləri, meşələri və Los-Qlasiares Milli parkındakı şəlalaləni görmək şansı qazanacaq. (Foto: Marina Di Guardo).

Top-10-luchshih-gorodov-dlya-turistov-2015-goda-1

1. Vaşinqton – ABŞ-ın paytaxtı. Bir çoxlarına təəccüblü olsa da, Vaşinqton bu reytinqdə birincidir. Ekspertlərin fikrinə inanmaqdan başqa yol qalmır. Hər halda onlar dəqiq bilirlər ki, burada baxımlı yerlər çoxdur. Həmçinin bu şəkildəki möhtəşəm peyzaj da Vaşinqtonun birinci yerə layiq olmasını göstərir. (Foto: D. Scott McLeod).

Hazırladı: Rəna Hüseynova
Mənbə: bigpicture.ru

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.