Maraqlı, ZZ-Manşet

2080-ci ildə insanlar bu qidanı tapmayacaqlar

cofeİqlim dəyişikliyi qəhvə plantasiyalarına mənfi təsir göstərir.

GSR.fm modern.az-a istinadən xəbər verir ki, bu barədə Avstraliya İqlim İnstitutunun mütəxəssisləri apardıqları araşdırmada yazırlar. Hesabatda göstərilir ki, 2050-ci il üçün qəhvə əkilən torpaq sahələri 2 dəfə azalacaq. 2080-ci ilə qədər isə Yer kürəsində qəhvə bitkisi məhv olacaq.

Avstraliyalı alimlər bunun əsas səbəbi kimi qlobal istiləşmə şəraitində qəhvə bitkilərində zərərli mikroorqanizmlərin və həşəratların aktivləşməsini göstərirlər. Təkcə 2012-ci ildə Mərkəzi Amerikada qəhvə plantasiyalarının yarısı bundan zərər görüb, Qvatemalada isə məhsulun 85%-i məhv olub. “Guardian” qəzetinin xəbərinə görə, 2012-2013-cü illərdə regiona 500 milyon dollar zərər dəyib, 350 min insan işsiz qalıb.

Əgər qlobal istiləşmə tempi davam edərsə və buna qarşı effektiv tədbirlər görülməzsə, qəhvə yetişdirən Burundi, Nikaraqua, Qvatemala, Efiopiya, Braziliya, Vyetnam, Kolumbiya və İndoneziya kimi ölkələrdə 25 milyona qədər insan zərərlə üzləşəcək.

Hər il dünyada 2,25 milyard fincan qəhvə içilir və hər il 5% artır.

Mütəxəssislər vəziyyəti dəyişmək üçün bir neçə variant təklif edirlər. İlk növbədə fermerlərə ekvatordan uzaq və dağlıq relyefə malik ərazilərdə qəhvə plantasiyası salmağı təklif edirlər.

Qəhvə bir neçə ildən sonra məhsul verdiyi üçün prosesin dərhal başlanması təklif olunur. Alimlər qlobal istiləşmə ilə mübarizədə bütün ölkələrin səy göstərməli olduğunu xatırladırlar.

Öncəki xəbərNövbəti xəbər