P.S, Xəbəriniz olsun, Z-Manset

2100-cü ildə bu şəhərlər Yer üzündən silinə bilər - Xəbəriniz Olsun

Bu dəfə sizə 2100-cü ildə Yer üzündən silinə bilinəcək şəhərlərdən xəbər veririk. Bəs bu şəhərlər hansı səbəbdən yox ola bilər? Gəlin öyrənək.

san-fransisko

1.San Fransisko, ABŞ. Səbəb: zəlzələ
Kaliforniya Universitetinin tədqiqatçılarının 75%-i ehtimal edir ki, 2086-cı ildə San Fransiskoda 7 və ya ondan artıq bal gücündə zəlzələ baş verəcək. Həmçinin San Fransisko ABŞ-ın ən çox dəyişən şəhərlərindən biri sayılır. Çünki əhali bahalı şəhərləri tərk edib ölkənin ucqarlarına köçürlər. Baş verə biləcək böyük faciə bu dəyişikliyi daha da sürətləndirə bilər.

detroyt

2.Detroyt, ABŞ. Səbəb: əhali sayının aşağı düşməsi
Detroyt əhalisinin sayı 1950-ci ildə 3 dəfə az, təxminən 950 min insan azalıb. Çox güman ki, buranın əhalisi yavaş-yavaş amma həmişə azalmağa doğru gedəcək. Yəqin ki, 2030-cu ilə qədər şəhərdəki işsizlik səviyyəsi 10% təşkil edəcək. Amma Detroytun ətrafındakı şəhərlərin əhali sayı günü-gündən artmaqdadır. Əgər vəziyyət belə davam eləsə, 2100-cü ilə kimi Detroyt tanınmayacaq bir hala gələ bilər.

venesiya

3.Venesiya, İtaliya. Səbəb: torpaq səviyyəsinin aşağı düşməsi
Bu şəhər artıq min ildir ki, aşağı düşür. Ancaq son 100 il ərzində torpaq səviyyəsinin aşağı düşməsi daha da sürətlənib. Son 100 ildə Venesiya 24 santimetr aşağı düşüb. Dövlət qurumlarının şəhəri dəniz səviyyəsinə qədər qaldırmaq kimi planları olsa da, bunun nə dərəcədə effektli olmasını isə heç kim bilmir.

mexiko

4.Mexiko, Meksika. Səbəb: içməli suyun çatışmazlığı
Mexiko batır. Şəhər yeraltı su hövzəsinin üzərində yerləşir. Bu su hövzəsi şəhəri içməli su ilə təmin edir. Hər dəfə 20 milyon əhali su içəndə şəhər bir qədər aşağı düşür. Bəzi hesablamalara görə, son 100 il ərzində şəhərin bir neçə hissəsi 9 metr enib. Vəziyyət gərgin olaraq da qalır. Ehtimal olunur ki, yeraltı su hövzəsi tükənmək üzrədir. Halbuki hazırda Mexiko tez böyüyür, ancaq su ehtiyatı azalır və torpaq aşağı düşür.

neapol

5.Neapol, İtaliya. Səbəb: vulkan püskürməsi
B.e.ə. 79-cu ildə bütün Pompeyi məhv edən Vezuvi vulkanı 100 ildə bir dəfə püskürür. Sonuncu püskürmə 1944-cu ildə olub. Vezuvi İtaliyanın cənubundakı Neapol körfəzində yerləşir. Həmçinin bu yer 4 milyon insanın evidir. Bu rəqəm təkcə Neapolun əhalisinin sayı deyil. Həmçinin bu “qırmızı bölgə”də yaşayan yarı milyondan çox insan vulkana çox yaxındır. Əgər onlar vaxtında oradan köçürülməsə, öləcəklər.

mali

6.Timbuktu, Mali. Səbəb: səhrəlaşma
Qum münbit torpaqları örtəndə Saxaranın cənubundakı ölkələrdə böyük problem yaranır. Ən böyük təhlükə isə Malinin Timbutku şəhərinə üz verib. 1000 yaşı olan bu şəhər 15-16-cı əsrlərdə islam təhsilinin mərkəzi olub. Şəhəri yenidən yaşıllaşdırmaq üçün Malidə bir neçə layihələr həyata keçirilir, ancaq şəhərin bir neçə hissəsi artıq qumla örtülüb.

ivanova

7.İvanovo, Rusiya. Səbəb: əhali sayının aşağı düşməsi
SSRİ dövründə tekstil istehsalının mərkəzi olan bu şəhər Moskvanın şimal-şərqində yerləşir. Hazırda 448 000 əhalisi olsa da, günü-gündən bu rəqəm aşağı düşür. Qadınların sayı kişiləri üstələyir, doğum səviyyəsi aşağı düşür, ancaq ölüm səviyyəsi qalxır. Təhsilli gənclər Moskvaya gedirlər. Çünki şəhərdə müasir sənaye demək olar ki, yox dərəcəsindədir.

Hazırladı: Rəna Hüseynova
Mənbə: bigpicture.ru

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.