Sosial, ZZ-Manşet

69 müəssisənin sahibi cərimələnib

1382770513_sehiyye_-553x360Bu ilin may ayı ərzində Azərbaycanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 69 müəssisənin sahibi inzibati qaydada cərimələnib.

Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzindən verilən xəbərə görə, 8 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib, 9 iş istintaq orqanına verilib.

GSR.fm APA-ya istinadən xəbər verir ki, ötən ay orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 299 yeyinti məhsulundan nümunə götürülüb, onlardan 8-də kənara çıxma, mikrobioloji göstəricilərinə görə götürülən 298 nümunədən isə 2-də kənara çıxma aşkar olunub. Toksikoloji göstəricilərinə görə 72 nümunə yoxlanılıb.

Ötən ay ərzində şadlıq evlərindən 890 yaxma nümunəsi götürülüb. Aparılan yoxlamalar nəticəsində 12 yaxma nümunəsində mikrobioloji çirklənmə aşkarlanıb.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.