Bloq, P.S, ZZ-Manşet

“8 il bir əlimdə uşaq, digərində kitabla gəzmişəm”

mayerStefani Mayer “Alatoranlıq” adlı vampir seriyasıyla dünya ədəbiyyatında böyük əks-səda yaratdı. O, Anna Raysdan sonra ən məhşur vampir mövzusuna müraciət edən yazıçı hesab olunur.  Əsər 33 yaşlı, 3 uşaq anasının öz həyatında da böyük dəyişiklərə səbəb oldu. Əsərin yaranma tarixi də maraqlıdır; 2003-cü ilin iyununda S. Mayer bir qızın meşədə vampir oğlanla qarşılaşması haqqında yuxu görür. Səhəri gün o, həmin mövzunu yazmağa başlayır və artıq 3 ay sonra 500 səhifəlik Bella adlı qızla Edvard adlı vampir sevgilisi haqqında olan əsərini bitirir. Əsər tezliklə bestsellerə çevrilir və S. Mayerin adını bütün dünyada məhşurlaşdırır.

Siz çox böyük uğur qazandınız və bu çox sürətli baş verdi. Bunu necə izah edə bilərsiniz?

-Mən özüm də kitabın insanlar tərəfindən bu qədər çox seviləcəyini gözləmirdim. Bəlkə də, bunun əsas səbəbi Bellanın adi, sadə bir qız olmasıdır. O, qəhrəman deyil.  Heç də həmişə dəbli, zərif görünmür. O, normaldır və düşünürəm ki, ədəbiyyatda bu tip adi qızlar azdır. Bundan başqa, Bella yaxşı qızdır, mən onu yeniyetmələri təsəvvür etdiyim kimi yaratmışam, hansı ki, mən də oxşar yeniyetməlik dövrü keçmişəm.

Bu sizin dini inancınızla əlaqədar ola bilər?

-Əlbəttə ki. Mən elə bir cəmiyyətdə böyümüşəm ki, burada yaxşı qız olmaq bir fərqlilik deyil, əksinə hamıdan gözlənilən bir şeydir. Mənim oğlan və qız dostlarım da hər biri yaxşı insanlar olub. Buna görə də mənim əsərlərimdə mənfi obrazlar azdır. Hətta mənfi obrazların bir çoxu da sonda müsbət obraza çevrilir. Mən dünyanın heç də neqativliklərlə dolu bir yer olduğunu düşünmürəm.

Ən sevdiyiniz müəllif kimdir?

-Hal-hazırda həyatda olan yazıçılardan Orson Scott Kard. Bundan başqa, ən sevimli yazıçım Ceyn Austendir.

Bram Stokerin “Dracula” əsərini oxumusuz?

-Xeyr, ama bu mənim siyahımdadır. Mən bunu çoxdan oxumalıydım, amma hazırda mən heç bir vampir romanı oxuya bilmirəm. “Alatoranlıq”-ı yazdıqdan sonra “Tarixçi”-ni oxumağa cəhd etdim. Lakin mən başqalarının vampir romanlarını oxuya bilmirəm.  Əgər mövzu mənim mövzuma yaxındırsa mən məyus oluram, və ya tamamilə yeni bir mövzudursa mən yenə məyus oluram və bu məni əsəbiləşdirir.

Bu doğrudur ki, siz heç vaxt vampir mövzulu filmlərə baxmamisiz?

-Bir dəfə televizorda “Vampirlə müsahibə”  (“Interview with a Vampire”)  filminin hissələrinə baxmışam. Lakin həqiqətən qorxuya səbəb olan bir çox reytinqli filmlərə baxmamışam. Bundan başqa, həyat yoldaşımın çox sevdiyi və mənə baxmaq üçün məsləhət gördüyü “İtmiş oğlanlar” (“Lost boys”)filminə də baxmışam. Bu, həqiqətən tükürpədici idi.

Siz həmçinin alternativ olaraq musiqini də sevirsiz, düzdür?

-Mən radionun heyranıyam. Biz yeni bir maşın almışıq və orada hələ peyk radiosu quraşdırılmayıb, buna görə də onu sürmək məni məmnun etmir.

Yazarkən hansı musiqilərə qulaq asırsız?

-Əsasən Linkin Park. Linkin Park öz hərəkət səhnələri ilə fantastikdir və yazı zamanı insana enerji verir. “Yeni ay”-ı yazarkən daha çox Muse qrupuna qulaq asırdım. Bu mənim sevimli qrupumdur və onların emosiyaları mənə də təsir edir. Axırıncı kitabımı yazarkən mən OK Go-ya və Gomezə qulaq asırdım.

Siz çox çalışqansınız, həmçinin 3 uşaq böyüdürsünüz. Günləriniz necə keçir?

-Bu, çox qəribədir. Hər şey çox dəyişib. Artıq oğlanlarım böyüyüb, özlərini qane edə bilirlər və analarından asılı deyillər. Buna görə də boş vaxtım çox qalır və yazmağa imkan qazanıram. İlk vaxtlarda isə mənim 3 kiçik oğlum bütün günü məktəbdə olurdu və mən asanlıqla işimi təşkil edə bilirdim.

Hansı sürətlə yazdığınızda nəşriyyatlar buna hazır olur?

-Bu da bəzən məni əsəbiləşdirir. Oxucularım məni sürətli yazar hesab edirlər, amma ildə bir dəfə yazmağı mən sürətli yazı hesab etmirəm. Əgər belədirsə J.Roulingi necə yazar hesab etmək olar? (gülür) O, hər il 2 yaxşı əsər cütlüyü təqdim edir.   Kristofer Paolini də həmçinin 2 və ya 3 əsər təqdim edir. Amma mən bilirəm ki, oxucularım məndən yeni kitab istəyir və mən onlara istədiklərini verməliyəm.

Sizin azyaşlı, Lilli adlı fanatınızdan bəzi suallar da var. Onu ilk sualı belədir: “İlk kitabınızı yazmazdan əvvəl nə işlə məşğul idiniz?”

-Ondan əvvəl mən ana idim. Mən qırıq-qırıq, kiçik əsərlər yazırdım. Və bunların heç birini tamamlamamışdım. Və mən oxuyurdum, bütün vaxtımı sadəcə oxuyurdum. Hətta həyat yoldaşım da tez-tez mənə sataşırdı. Mən 8 il ərzində hər gün bir əlimdə uşaq, digərində kitabla gəzmişəm. Bir həftədə təxminən 5 ya 6 roman oxuyurdum.


Tərcümə etdi: Leyla Rəhimova
Mənbə: http://www.ew.com/

Öncəki xəbərNövbəti xəbər