Magazine, ZZ-Manşet

ABŞ-da sürücüsüz avtomobillərə icazə verildi

surucusuz avtomobilABŞ-ın Kaliforniya ştatında sürücüsüz avtomobillərin ictimai istifadə üçün yollardan istifadə etməsinə icazə verilib.

GSR.fm Lent.az-a istinadən xəbər verir ki, artıq Kaliforniya ştatının qubernatoru bununla bağlı qanunu imzalayıb.

Bundan öncə isə xəbər verilib ki, Miçiqan ştatı da pilotsuz avtomobillərin hərəkətinə icazə vermək niyyətindədir. Ancaq Miçiqanda bu, hələlik qanun layihəsi olaraq qalır.

Qəbul olunan bu qanuna əsasən, özü idarə olunan sürücüsüz avtomobilləri ümumi istifadə olunan yollarda sınaqdan keçirmək mümkün olacaq. Xüsusilə də bu qanun San-Fransiskonun yanında yerləşən kiçik şəhərcikdə özəl biznes-parka sürücüsüz avtobusların sınaqlarının başlamasına imkan verəcək.

Ştatın qubernatorunun sözlərinə görə, qanunun qəbulu qaçılmaz gərginliklərlə müşahidə olunurdu. Lakin texnologiyaların inkişafına qatqını təmin etmək istəyi özünü büruzə verib.

Öncəki xəbərNövbəti xəbər

1 şərh

  1. Geri izləmə: vagragenericaar.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.