Müsahibə, Siyasət, ZZ-Manşet

“ABŞ dünyanın super güclərindən biridir”

rs-208261-r1244_fea_trump_a_sml

Bu gün Amerika Birləşmiş Ştatlarında president seçkiləri baş tutub. Respublikaçılar Partiyasıdan namizəd milyarder Donald Tramp ABŞ-da prezident seçkilərində qalib gəlib.

Bu haqda GSR.fm-ə müsahibə verən dövlət vəkili Aydın Mirzəzadə deyib ki, “. ABŞ dünyanın super güclərindən biridir və Abş Azərbaycan münasibətləri dinamik xətt üzrə inkişaf edir:

“Qalib gəlmiş tərəf ABŞ qarşısında duran bir çox ağır problemləri həll etməli olacaq. Bu problemlərdən biri dünyada təhlükəsizlik sisteminin qurulmasıdır. İkincisi, xarici ölkələrdə bu və ya digər siyasi rejimə Amerikanın qiymət vermə sisteminin dəyişdirilməsidir. Əsas məsələlərdən biri Rusiya ilə münasibətlər məsələsidir. Rusiya Ukrayna gərginliyindən və Krımın Rusiyaya birləşdirilməsindən sonra ABŞ bir mənalı şəkildə Ukraynanın tərəfində durdu. Bu da münasibətləri sıfır səviyyəsinə qədər endirdi. Ancaq dünyada gedən bir çox proseslər bu iki ölkənin qarşılıqlı anlaşmasını tələb edir. Bu baxımdan yeni prezident bu məsələni həll etməyə çalışmalıdır. Obamanın Rusiya ilə kəskin qarşı durma siyasətinin Amerikaya heç bir fayda verilmədiyi görülür. Növbəti məsələ isə ABŞ-ın milli valyutası olan dolların uçot dərəcəsinin hansı səviyyədə saxlanılmasıdır. İş burasındadır ki, dünya iqtisadiyyatı həddindən artıq dollarlaşıb və uçot dərəcəsinin qaldırılması bir çox ölkələrin milli valyutasının dəyərdən düşməsinə və iqtisadiyyatda böhranın dərinləşməsinə səbəb olur. Bu heç də dünyada stabilliyin yaranması demək deyil. Yeni prezident isə bunları həll etməlidir. ABŞ dünyanın super güclərindən biridir və ABŞ-Azərbaycan münasibətləri dinamik xətt üzrə inkişaf edir. Eyni zamanda ABŞ administrasiyası da bu gün regionun və eləcə də, böyük bir ərazinin nüfuzlu dövləti olan Azərbaycanla əlaqələrin saxlanılmasında maraqlıdır”.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.