Müsahibə, Siyasət, ZZ-Manşet

“ABŞ Rusiya ilə münasibətləri yaxşılaşdırmaq istəyir”

razi nurullayevSoçidə Rusiya prezidenti Vladimir Putin və ABŞ dövlət katibi Con Kerri arasında 13 may tarixində görüş keçirilib. Görüşdə Ukrayna, İran, Suriya ilə bağlı məsələlər müzakirə olunub.

Bu haqda fikirlərini GSR.fm– lə Region Beynəlxalq Analitik mərkəzinin politoloqu Razi Nurullayev bölüşüb. O bildirib ki, ABŞ ilə Rusiya arasında münasibətlərin bu şəkildə davam etməsi Amerikanın maraqlarına ziddir. 

“Bir çoxları belə fikirdədir ki, Amerika Birləşmiş Ştatları Rusiyanın zəiflədilməsində və sıradan çıxarılmasında maraqlıdır. Əslində Rusiya iqtisadiyyatının çökməsi, siyasi səhnədən zəifləyərək sıradan çıxması heç də beynəlxalq aləm üçün o qədər də yaxşı hal sayılmır. Rusiya böyük iqtisadiyyata, əraziyə malik ölkədir. Beynəlxalq aləmdə də, kifayət qədər söz sahibidir. BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən biridir. O baxımdan da, hal hazırda  ABŞ ilə Rusiya arasında münasibətlərin bu şəkildə davam etməsi eyni zamanda Amerikanın da maraqlarına zidd gəlməyə başlayır. Amerika Rusiya ilə münasibətləri yaxşılaşdırmaq istəyir.

Razi bəy eyni zamanda qeyd etdi ki, Ukrayna ilə bağlı ciddi bir nəticənin əldə olunması gözlənilən olmasa da, Suriya məsələsində müəyyən bir nəticəyə gəlmək cəhdləri baş verə bilər.

Birinci müzakirə mövzusu hər zaman Ukraynadır. Hazırda AŞB Ukrayna ilə bağlı siyasətində hər hansı bir dəyişikliyə getmək niyyətində deyil. Belə görünür ki, Putin də Ukrayna ilə bağlı siyasətində hər hansı bir addım atmaq niyyətində deyil. Müharibənin başlama təhlükəsi də qalır. Bu baxımdan ciddi bir nəticənin əldə olunması gözlənilən deyil. Amma ola bilsin ki, bu görüşdə Suriya məsələsində müəyyən bir nəticəyə gəlmək cəhdləri baş versin. Mən hesab edirəm ki, Rusiya da bunda maraqlı ola bilər. Çünki Amerika və Rusiya arasında münasibətlərin normallaşması Suriya ilə bağlı razılıq olsa, baş verə bilər.

Politoloq həmçinin ukraynalı pilot Nadejda Savçenkonu azadlığa çıxması məsələsinə də münasibət bildirdi. Onun sözlərinə görə, Rusiyanın Savçenkonu xilas etməsi münasibətlərin normallaşmasına gətirib çıxara bilər.

Nadejda Savçenko bütün dünyada artıq mübarizə simvoluna çevrilib. Demək olar ki, bütün demokratik qərb dövlətləri ayrı-ayrılıqda Putinə və Rusiya hökumətinə onun azad olunması ilə bağlı müraciət ünvanlayıblar. Artıq Sevçenko ilə bağlı Rusiya kifayət qədər üzərinə təziqlər alır. Bu baxımdan, mən hesab edirəm ki, hal- hazırda olmasa da, yaxın zamanlarda onun həbsdən buraxılması razılaşdırıla bilər. Eyni zamana münasibətlərin normallaşması üçün ABŞ-ın bu xahişini yerinə yetirməsi elə də böyük problem deyil. Şavçenka siyasi bir oyunun qurbanıdır və siyasi təziq kimi istifadə olunmaqdadır. Putin də, onun azad etməklə, Rusiyanın xeyrinə hər hansı qərar almağa çalışacaq.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.