Sosial, ZZ-Manşet

ABŞ tarixində ilkə imza atıb

mehkeme2001-ci ilin 11 sentyabrında terrorçuların hücumu nəticəsində Pentaqonda həyatını itirən hərbçinin həyat yoldaşı Səudiyyə Ərəbistanına qarşı iddia qaldırıb.

GSR.fm APA-ya istinadən xəbər verir ki, ötən gün Stefani Ross Vaşinqton şəhər məhkəməsinə iddia ərizəsini təqdim edib. Sənəddə qeyd olunur ki, Səudiyyə Ərəbistanı hökuməti “Əl-Qaidə” terror təşkilatı və onun rəhbəri Usamə ben Ladenə dəstək olub. Bu, 11 sentyabr faciəsi ilə bağlı ABŞ vətəndaşı tərəfindən Səudiyyə Ərəbistanına qarşı qaldırılan ilk iddiadır.

Qeyd edək ki, sentyabrın 28-də ABŞ Konqresinin Nümayəndələr Palatası prezident Barak Obamanın Səudiyyə Ərəbistanı vətəndaşlarına qarşı iddia qaldırılmasına icazə verən qanuna tətbiq etdiyi vetonu ləğv edib.

Xatırladaq ki, bu ilin mayında ABŞ Senatı 2001-ci il 11 sentyabr tarixində törədilən terror aktları ilə əlaqədar Səudiyyə Ərəbistanı hökumətinə qarşı məhkəmə iddiaları qaldırmaq hüququ verən qanun layihəsini qəbul edib.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.