Müsahibə, Siyasət, ZZ-Manşet

“ABŞ və Rusiyanın güc nümayişi Azərbaycanın xeyrinə deyil”

nato1NATO Rusiya-Belarus müttəfiq dövlətlərinin qərb sərhədlərində hücum potensialını gücləndirir.

Bu barədə GSR.fm-ə hərbi-siyasi icmalçı Ramil Məmmədli müsahibə verib. O bildirib ki, NATO-nun Rusiya-Belarus müttəfiq dövlətlərinin qərb  sərhədlərində ordu toplaması və yaxud geniş çaplı hərbi əməliyyatlar keçirməsi arzuolunan deyil:

“Rusiya və ABŞ arasındakı soyuq müharibə 25 illik fasilədən sonra yeni mərhələyə qədəm qoyub. NATO-nun  qərb sərhədlərində hücum potensialını gücləndirməsi  istər-istəməz Rusiyanı qıcıqlandıracaq və bu da normal haldır. Ukraynada baş verən hadisələrdən sonra qarşılıqlı ittihamlar və etimadsızlıqlar nəticəsində qərbin Rusiya ilə münasibətləri gərginləşdi. Bizi bu məsələdə ən çox maraqlandıran Azərbaycan olmalıdır. Əlbəttə, ABŞ-ın və Rusiyanın bir-birinə qarşı ittihamları və hərbi manevrlərlə güc nümayişi göstərməsi Azərbaycanın xeyrinə deyil. Azərbaycanın kifayət qədər ciddi problemləri var və çıxış yolu axtararkən ölkənin bu hadisə ilə üz-üzə gəlməsi heç də yaxşı hal deyil. Azərbaycan bu məsələdə balanslaşdırılmış siyasət yolunu tutmalıdır. Bu siyasət davam etdiyi müddətcə Azərbaycan hər hansı ciddi problemlə üzləşməyəcək. Hələlik isə nə NATO, nə də Rusiya bu məsələdə konkret mövqe ilə bağlı heç bir şərt irəli sürməyib”.

 

Öncəki xəbərNövbəti xəbər

3 şərh

  1. Geri izləmə: vagragenericaar.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.