İqtisadiyyat, ZZ-Manşet

ABŞ xarici ölkələrə qaz ixracı prosesini sürətləndirir

abs-570x360Amerika Birləşmiş Ştatları (ABŞ) sıxılmış qaz ixracı ilə bağlı müqavilələrin bağlanması prosesini sürətləndirir.

Gsr.fm-in APA-ya istinadən verdiyi xəbərə görə, ABŞ Konqresinin Nümayəndələr Palatası bununla bağlı müvafiq qanun layihəsini qəbul edib.

Sənədə əsasən ABŞ-la azad ticarət sazişi olmayan ölkələrin (o cümlədən Ukrayna) bu ölkədən sıxılmış qaz almaq üçün müraciətinə 90 gün deyil, 30 gün ərzində baxılacaq.

Respublikaçı Kori Qardner bildirib ki, qanun layihəsi “ABŞ-ın tərəfdaş və rəqiblərinə enerji təhlükəsizliyi məsələsində bu ölkənin ciddi niyyətlərinin olduğunu göstərəcək”.

Qeyd edək ki, qanun layihəsi Senatda da təsdiqlənməlidir.

Qanun layihəsi ilə razılaşmayanlar hesab edir ki, bu addım Avropa və ya Ukraynaya o qədər də yardım etməyəcək. Çünki sıxılmış qazın ixracı üçün infrastrukturun yaradılmasına illər gedəcək.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.