İqtisadiyyat, ZZ-Manşet

“Abşeron layihəsinə 2020-ci ildən sonra başlanacaq”

natiq_aliyevXəzərin Azərbaycan sektorundakı “Abşeron” qaz-kondensat yatağının işlənməsinə 2021-ci ildən başlanacaq.

GSR.fm Trend-ə istinadən xəbər verir ki, “Abşeron” qaz-kondensat yatağının kəşfi 2011-ci ilin sentyabrında elan edilib.

N.Əliyevin sözlərinə görə, “Ümid” və “Abşeron” yataqları, “Şəfəq-Asiman” və “Babək” perspektivli strukturlarının imkanları Azərbaycanın qaz potensialının möhkəmləndirilməsinə əsas verir.

Nazir qeyd edib ki, “Şahdəniz” qaz-kondensat yatağının işlənməsi layihəsi qaz tədarükü baxımından vacibdir: “Şahdəniz” qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində qaz ixracının təmin edilməsi üçün yaxın 5 il ərzində 45 milyard dollar sərmayə qoyulacaq. Bundan 25 milyard dollar layihənin özünə, qalan hissə isə bütün zəruri qaz infrastrukturunun yaradılmasına xərclənəcək”.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.