P.S, Xəbəriniz olsun, Z-Manset

Adrenalin sevənlərin əyləncəsi – atraksionlar - Xəbəriniz Olsun

Hündürlük  və sürət – amerikan atraksionlarında bizi cəlb edən də məhz bunlardır. Adrenalin sevirsinizsə, onda təqdim edəcəyimiz atraksionlar tam sizin üçündür.

10. İndimidator 305
10. İndimidator 305

 

Vircinyada “Kings Dominion” parkında yerləşən “İndimidator 305” “NASCAR” avtomobil yarışmasının iştirakçısı Dale Erhardtenin xatirəsinə tikilib. Burada olmağı arzulayan hər kəs saatda 145 kilometr sürətin şahidi olacaq. Əvvəlcə bu rəqəm saatda 152 kilometr idi. Sonra atraksionun yüklənmə səbəbindən aşağı salındı.

 

9. Leviathan
9. Leviathan

“Bolliger və Mabillard” İsveç kompaniyası tərəfindən dizayn edilmiş bu atraksion Toronto şəhərinin yaxınlığında yerləşir. Burada saatda 148 kilometr getmək olar.

8. Millennium Force
8. Millennium Force

Dünyada ilk dəfə hündürlüyü 90 metrdən çox olan bu atraksion 2000-ci ildə Ohayo ştatında “Cedar Point”-də inşa edilib. Saatda 149 kilometr sürətlə gedir. Baxmayaraq ki, atraksionun tikintisindən 14 il keçib, amma hələ də hündürlüyünə görə rekord siyahıdadır.

7. Steel Dragon 2000
7. Steel Dragon 2000

“Steel Dragon 2000” yapon əyləncə parkı olan “Nagashima Spa Land”da 2000-ci ildə inşa edilib. Saatda 152 kilometr sürətlə gedir.

6. Ring Racer
6. Ring Racer

Almaniyada yerləşən bu atraksion 2009-cu ildə açılıb. Saatda 217 kilometr sürətlə gedə bilər, amma insanların təhlükəsizliyi üçün saatda 159 kilometr sürətlə gedir.

5. Supermen: Kriptondan qaçış
5. Supermen: Kriptondan qaçış

Əslində 5-ci yerdə 2 atraksion yer alıb: birinci “Supermen” Kaliforniyada “Six Flags Magic Mountain” parkında, ikinci isə “Kriptondan qaçış” Avstraliyada “Dreamworld” parkında yerləşir. Hər iki atraksionun sürəti saatda 160 kilometrə qədər çatır. Bu sürət iki dəfə olur. Bir yuxarı qalxanda və bir də enəndə.

4. Dodonpa
4. Dodonpa

Bu atraksion Yaponiyada Fuji-Q dağında yerləşir və sürəti saatda 172 kilometrə qədər qalxır. Halbuki prosesin özü 1-2 dəqiqə çəkir. Bu atraksion adrenalin sevənlər üçün əsl cənnətdir.

3. Top Thrill Dragster
3. Top Thrill Dragster

“Top Thrill Dragster” 2003-cü ildə Ohayo ştatında “Cedar Point”da açılıb. Hidravlik mexanizminə əsasən düzəldilmiş bu atraksion bir neçə saniyəyə saatda 193 kilometr sürət yığır. Artıq 10 ildən çoxdur ki, bu Ohayoda ən məşhur atraksion hesab edilir. Baxmayaraq ki, burada yellənmək cəmi 17 saniyə çəkir.

2. Kingda Ka
2. Kingda Ka

Nyu-Cersidə “Six Flags Great Adventura” parkı “Cedar Point” üçün əsl rəqibdir. Çünki 2005-ci ildə burada açılmış “Kingda Ka” atraksionu “Top Thrill Dragster”dən daha sürətlidir. Saatda 206 kilometr sürət yığan atraksionun hündürlüyü 139 metrdir.

1.Formula Rossa
1.Formula Rossa

Hazırda ən sürətli amerikan atraksionu Əbu-Dabidə “Ferrari World” parkında yerləşir. Xüsusi hidravlik sistem əsasında qurulmuş bu atraksion saatda 240 kilometr sürətlə gedir.

Hazırladı: Rəna Hüseynova
Mənbə: bugaga.ru

Öncəki xəbərNövbəti xəbər