İdman, ZZ-Manşet

AFFA bir neçə klubu cəzalandırıb

affa-570x360Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

GSR.fm-in Qol.az istinadən  verdiyi xəbərə görə, İK Azərbaycan Premyer Liqasının 11-ci turunda baş verən hadisələrlə bağlı müvafiq qərarlar çıxarıb.

“Xəzər Lənkəran” – “Simurq” matçında “Simurq”un 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

“Neftçi” – AZAL matçının 82-ci dəqiqəsində AZAL-ın futbolçusu Luis Ramos idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

“Qəbələ” – “Bakı” matçında “Qəbələ”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 90-cı dəqiqəsində “Bakı” klubunun futbolçusu Elşad Manafov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.