Müsahibə, Sosial, ZZ-Manşet

“Ağacların qanunsuz kəsilməsinə görə qanunlar hazırlanıb”

agac-kesimiEkologiya və Təbii Sərvətlər Nazirliyinin 168 nömrəli “qaynar xətt” xidmətinə mart ayı ərzində 81 şikayət daxil olub. 81 məlumatdan 43-ü yaşıllıqların mühafizəsi (ağacların kəsilməsi, qəzalı vəziyyətdə olması və s.), 31-i  tullantılarla (məişət, istehsalat,  çirkab sular), 5-i yerin təkindən qanunsuz istifadə və 2-si isə ova icazə biletinin verilməsi ilə bağlı olub.

Bu barədə GSR.fm-ə müsahibə verən Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Raqub Mirzəyev yaşıllığın mühavizəsi sahəsində dövlət nəzarətini Ekologiya və Təbii Sərvətlər nazirliyi tərəfindən həyata keçirildiyini, yaşıllıqların qanunsuz kəsilməsi ilə əlaqədar mövcud qanununvericiliklər olduğunu və bunların inzibati xətalar məcəlləsində  təsbit olunduğunu deyib:

“İnzibati xətalar məcəlləsində də qeyd olunur ki, yaşılların 253-cü maddəsində respublika fonduna aid olan ağac və kol bitkilərinin zədələnməsinə, kəsilməsinə və məhv edilməsinə görə, fiziki şəxslər 2200-2500 manatdan, vəzifəli şəxslər 4000-7000 manatadan, hüququ şəxslər isə 20.000-25.000 manat cərimə edilib. Eyni zamanda  yaşıllıq sahələrdə tikinti işləri apararılarkən lazımı icazə olmadan tikildikdə, yəni hər ağacın, kolun əkililərinin məhv edilməsi habelə qanunvericilikdə nəzərdə tutulmuş  qaydalara lazımı icazə olmadan kəsilməsinə görə, fiziki şəxslər  1200-1500 manat, vəzifəli şəxslər  2500-3000manat, hüquqi şəxslər  12.000-15.000 manatadək cərimə olunur. Burada hər ağac və kol nəzərdə tutulur”.

Müsahibimiz Raqub Mirzəyev görülən tədbirlər barədə də məlumat verib:

“Yaşıllığın mühavizəsi haqqında Azərbaycan Respublikası qanunu qüvvəyə minib. Həmin qanunda tələb olunan qaydalar hazırlanır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən  bir qismi artıq hazırlanıb və Nazirlər kabinetinə təqdim olunub. Ağacların qanunsuz kəsilməsi və zədələnməsinə, verilən bu ziyanlara görə artıq qanunlar hazırlanıb və aidiyyatı qurumlara təqdim olunub. Bir məsələni də qeyd etmək lazımdır ki, hazırda qanunsuz ağac kəsilmə faktı ötən illərə nisbətən xeyli azalıb. Ekologiya Naziri yalnız cərimə tətbiq etməklə yox, bu sahədə maarifləndirmə işlərini gücləndirib, monitorinqləri gücləndirilib ki, bu baxımdan da yaşıllıqların kəsilməsi faktı azalıb. Tabeli qurumların şöbələri var və hər bir rayonda həm monitorinq, həm də maarifləndirmə sahəsində iki-üç nəfərdən ibarət qrup fəaliyyət göstərir. Yəni, bu qruplar məktəblərdə, müəssələrdə, obyektlərdə bu sahədə həm  monitorinqlər, həm ekoloji maarfləndirmə işləri aparır”.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.