Müsahibə, ZZ-Manşet

“Ağardıcı vasitələrin ev şəraitində tətbiqi məsləhət deyil”

dis-agardici

“Azərbaycan əhalisinin 75%-dən çoxunda diş əti xəstəlikləri mövcuddur. Bu, statistikaya uyğun məlumatdır”.

Bu sözləri GSR.fm-ə müsahibə verən Amerika Stomatoloji Asossasiyasının üzvü Fərid Zeynalov deyib. O, həmçinin dişlərin ağardıcı vasitələrlə ağardılması və  dişlərə qulluq haqqında fikir bildirib:

“Ağız boşluğunun xəstəlikləri arasında diş çürümələri yəni, dişlərin kariyesə məruz qalması xəstəliyi də mövcuddur. Buna səbəb isə  ağız boşluğunun gigiyenasının və profilaktik tədbirlərin insanlar tərəfindən bir balaca gözardı edilməsidir. Yəni, bəzi insanlar həkimə müraciət edib ortaya çıxan problemləri vaxtında müalicə etmirlər. Diş ətinin problemləri, əsasən, bu səbəbdən əmələ gəlir. Profilaktik olaraq, diş əti həkimə göstərilməli, diş daşları təmizlənməlidir. Stomatoloqlara müraciət etmək lazımdır. Təəssüflər olsun ki, bu olunmur və problem artır”.

Dişlərin ev şəraitində ağardılmasını məsləhət görməyən Fərid Zeynalov qeyd edib ki, dişlər gigiyenik vasitələrlə təmizlənməlidir:

“Ağardıcı vasitələr satılır, amma onlara qarşı hər hansı bir təhlükəsizlik tədbirləri alınmır. Əlavə olaraq, insanlar bu işin peşəkarı deyillər. Bu səbəbdən o preparatları düzgün şəkildə tətbiq etmirlər və bəzi fəsadlar ortaya çıxır. Əsasən, dişlərdə ciddi həssaslıq, diş ətlərində kimyəvi yanıqlar əmələ gəlir. Ona görə də bu vasitələrin ev şəraitində tətbiqi məsləhət deyil”.

 

Öncəki xəbərNövbəti xəbər