İqtisadiyyat, ZZ-Manşet

“Air France” geri addım atdı

airfranceFransanın milli hava yolu şirkəti “Air France”ın rəhbərliyi, pilotların tətilinə səbəb olan aşağı xərcli “Transavia” layihəsinin ləğv edildiyini açıqlayıb.

GSR.fm-in Marja-ya istinadən verdiyi xəbərə görə, “Air France”ın rəhbərliyi, pilotları işlərinin başına dönməyə çağırıb. Verilən açıqlamada, pilotların istəklərinin qəbul edildiyi qeyd edilərək, artıq tətili davam etdirməyin səbəbinin qalmadığı bildirilib.

Fransa xaricində Avropada “Air France”a bağlı başqa qənaətcil hava yolu şirkətinin qurulmayacağı zəmanəti verən rəhbərlik, bununla bərabər ölkə daxilində aşağı xərcli uçuşlar üçün planlaşdırılan proyektin həyata keçiriləcəyini bildirib.

“Air France”ın pilotlarının 10 gün əvvəl başlatdığı tətilin, şirkəti 200 milyon avro zərərə saldığı təxmin edilir. “Air France” rəhbərliyinin geri addım atmasında şirkətin  16% səhminə malik olan Nəqliyyat Nazirliyinin  təzyiqinin təsir göstərdiyi təxmin edilir.

“Air France”, qısa və orta məsafəli uçuşlarda ucuz bilet satan hava yolu şirkətləri ilə rəqabət etmək üçün Avropada tərkibində fəaliyyət göstərəcək “Transavia” şirkətinə üstünlük vermək istəyirdi. “Air France” pilotları isə Avropada qurulacaq şirkətin şərtləri ilə  işləməkdə çətinlik çəkəcəklərini irəli sürərək layihəyə qarşı çıxırdılar.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.