GSR TV, Z-Manset

Albanların boyu iki metrdən hündür olub

Azərbaycanın ən qədim tarixi abidələrindən biri də Şəki rayonunun Kiş kəndində yerləşən Alban məbədidir. Əhəng daşlarından tikilən bu abidə erkən orta əsrlərə aid ilk günbəzli və zal tipli tikilidir.

Tarixi mənbələrdə göstərilir ki, məbədin əsası eramızın I əsrində Alban katolikosu Yelisey tərəfindən qoyulub.

Arxeoloji qazıntılar zamanı buradan 5-7-ci əsrlərə aid qəbirlər tapılıb. Qəbirlərdə  dəfn olunmuş insanların boylarının hündürlüyü  isə 2.3 və 2.5 metrə çatır.

Həmçinin, məbəddən eramızdan əvvəl 2-1-ci əsrlərə aid qablar, 4-5-ci əsrə aid sinə sancaqları, 6-7-ci əsrə aid cəhrə, 16-17-ci əsrə aid ayna və başqa qədim əşyalar tapılıb.

Onu da qeyd edək ki, 2000-ci ildə məbəddə bərpa işləri başlayıb və layihə norveçli alim və səyyah Tur Heyerdalın dəstəyi ilə həyata keçirilib.

Bərpa işləri 2003-cü ildə başa çatdırılıb.

 

Hazırladı: Professional Media School – un tələbəsi Tərlan Yusif

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.