Bloq, P.S

“Alçalanlar” - Bloq

asimMən uşaq olanda bizim bir qonşu vardı Əhməd dayı (ad şərtidir) elə indi də var. Bu qonşu vaxtı ilə normal imkanı olan bir şəxs olmuşdu, ancaq sonralar necə olmuşdursa əlində olan imkanını itirmiş, demək olar ki, hamıya borclu qalmışdı. El arasında belə bir deyim də var: itə də bir çörək borclu idi. Əhməd dayı  haqqında eşitdiklərim isə bunlardan ibarət idi: “Çox şərəfsiz insandır, çox oğraş insandır, kişiliyi yoxdur, borcunu vaxtında qaytarmır oğraş, oğraşlığını boynuna alıb”.

Beləliklə, mənim beynimdə Əhməd dayının mənfi obrazı formalaşmışdı. Çünki, onun haqqında heç vaxt xoş söz eşitməmişdim.  Ancaq söyüş, hörmətsiz bir insan  və çoxlu borcunun olduğundan başqa.

Elə oldu ki, uşaq vaxtı valideyinlərim məni rayona, nənə və babamın yanına göndərdilər. Mən bu gedişlə 5 il onların yanında yaşamalı oldum və uzun bir zaman qonşumuz haqqında heçnə eşitmədim. Tam 5 ildən sonra evimizə döndüm. Çoxdandı görmədiyim qonşularımız və uşaqlıq dostlarımla söhbət əsnasında Əhməd müəllim deyə birinin adını eşitdim.  Ad mənə qonşumuzu xatırlatdı ,amma Əhməd dayı mənim yadımda, xatirəmdə heç vaxt müəllim kimi qalmamışdı deyə düşünmədim ki, həmin insan olar. Ona görə də, nə qonşularımdan, nə də dostlarımdan Əhməd müəllimin kim olduğunu soruşmadım. Dedim yəqin kimdirsə yeni qonşudur mən olmadığım müddətdə gəlib buralara. Amma iki gün sonra təsadüf  nəticəsində Əhməd müəllimin elə mənim xatirəmdə qalan Əhməd dayı olduğunu gördüm. Artıq Əhməd dayı hörmətli bir insan olmuşdu. Ona müəllim deyə müraciət edirdilər.

Sən demə sonradan hansı yollarlasa yenidən bizim bu Əhməd dayı varlanıb, özünə yeni 3 mərtəbəli ev tikdirib, xarici maşınlar alıb və.s və həmin oğraş, nakişi adlandırılan insan nədənsə anidən dönüb oldu hörmətli müəllim, ağsaqqal, çox bilən, məsləhət verən, nəsilinin ağsaqqalı, qanun qoyan bir şəxs. Məclislərdə başda otuzdurulur, ilk söz ona verilir, onu söyən insanlar, onun qarşısında bellərini bir az büküb onunla iki əllə görüşürlər. Heç bir məclis onsuz başlamır. Halbuki, 5 il əvvəl Əhməd dayını demek olar ki, hamı söyürdü.

Əhməd dayı isə hər hərəkəti ilə həmin insanlara göstərir ki, siz məni vaxt vardı söyürdünüz, amma indi yaltaqlanmaq üçün sıraya düzülürsünüz və  mən bundan həzz alıram.

Müəllif: Asim Cəlilov


Yazılan fikirlər müəllifin şəxsi mülahizələridir, redaksiya bu fikirlərə görə, məsuliyyət daşımır.

Öncəki xəbərNövbəti xəbər

2 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.