İqtisadiyyat, ZZ-Manşet

Almaniya Rusiya qazının tranzitini tələb edir

alman1-570x360Almaniya Ukraynadan tələb edib ki, Rusiya qazının Avropaya tranzitini davam etdirsin.

GSR.fm-in APA-ya istinadən xəbər verir ki, bu barədə Almaniya hökumətinin rəsmi sözçüsü Şteffen Zaybert bildirib. “Federal hökumət onu nəzərdə tutur ki, Ukrayna ötən cümə günü baş nazir Yatsenyukun bəhs etdiyi tədbirləri həyata keçirməsin”, – deyə Zaybert söyləyib.

Qeyd edək ki, avqustun 8-də Ukraynanın baş naziri Arseniy Yatsenyuk Rusiya qazının Ukrayna ərazisindən nəqlinə məhdudiyyət qoyula biləcəyini deyib.

Ukrayna Ali Radasında Rusiyaya qarşı sanksiyalar paketinin səsə qoyulacağı gözlənilir. Sanksiyalar paketində 26 növ tədbirlər nəzərdə tutulub.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.