Sosial, Xəbərlər, ZZ-Manşet

Almaniyada milli azlıqlara dair seminar keçiriləcək

csm_20161205_elbrus_kaukasus_f55264374f

Almaniyada, “Qafqazdakı milli azlıqlar: Daha sabit bir gələcək üçün dialoq” adlı seminar keçiriləcək.
Avropa Millətləri Federal Birliyi (FUEN), Almaniyanın Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının 2016 il dövrü rəhbərliyi çərçivəsində Qafqazdakı milli azlıq təşkilatlarının iştirakı ilə 14-17 dekabr tarixlərində Almaniyanın Flensburg şəhərində “Milli Azlıqlar Evi”ndə “Qafqazdakı milli azlıqlar: Sabit bir Gələcək üçün Dialoq” başlıqlı üç günlük bir seminar programı təşkil ediləcək.

GSR.fm-in verdiyi məlumata görə, 32 ölkədən 90’dan çox üzvü ilə Avropadakı milli azlıqları bir araya gətirən azlıqların ən böyük quruluş olmaq xüsusiliyini daşıyan FUEN, münaqişə və böhranın qarşısının alınması və sabitliyin saxlanılması üçün bir arada yaşamaq və dialoq qurulmasında milli azlıqların vacib bir perspektivə sahib olduğunu düşünür.

Bu düşüncədən irəli gələrək FUEN, önəmli münaqişə və böhran məkanlarından biri olan Qafqazdakı təxminən on beş milli azlıq quruluşunun iştirakı ilə Almaniya-Danimarka sərhəd bölgəsində təşkil ediləcək seminarda ortaq müzakirə imkanı yaratmağı və eyni zamanda azlıqların siyasi və sosial iştirakı məsələsində Almaniyanın Schleswig-Holstein Əyaləti’nin təcrübələrini çatdırmağı hədəfləməkdədir.

Qafqazlardakı azlıq quruluşlarını ilk dəfə bir araya gətirəcək olması baxımından olduqca vacib əhəmiyyətə sahib bu seminara Axısxa Türklərini təmsilən Azərbaycanda Yaşayan Axısxa Türkləri “Vətən” İctimai Birliyinin mətbuat katibi Mövlud İşık qatılacaq.

Seminarda Axısxa Türklərinin tarixi vətənlərinə qayıdışı prosesində görülən işlər, Gürcüstanın bu məsələyə münasibəti, son illərdə həyata keçirilən tədbirlər, Gürcüstanda yaşayan Axısxalı ailələrin övladlarının ana dildə təhsil alma hüququ, pullu təhsil, orta məktəbi bitirdikləri zaman attestat alma hüququndan məhrum edilmələri səbəbin isə valideynlərinin Gürcüstan vətəndaşı olmamaları, Gürcüstan dövlətinin azı 5 ildən uzun bir müddətdə Gürcüstanda yaşayan Axısxalı ailələrə hələ də vətəndaşlıq verməməsi və başqa məsələlər müzakirə ediləcəkdir.

Bundan əlavə və ən önəmlisi isə Azərbaycana qarşı Rusiyada yaşayan Ləzgi təşkilatların əsassız müzakirələrinə tutarlı cavablar veriləcək olmasıdır. Belə ki, Rusiya Federal Ləzgi Milli-Mədəni Muxtariyyəti Azərbaycanda ləzgilərin və avarların hüquqlarının tapdalandığı barədə təbliğat apararaq açıq-aşkar düşmənçilik hərəkətləri edir və etnik separatçılığı qızışdırmaqla məşğul olur. Hazırda Azərbaycan Dövlətinin milli azlıqlara olan diqqət və qayğısını görməzdən gələn və hər platformda dövlətimizin əleyhinə çıxan bu fitnəçilərə lazımi cavab veriləcəkdir.

FUEN rəhbər köməkçisi və Avropa Şərq Trakya Türkləri Federasiyasi rəhbəri hörmətli Halit Habipoglu’nun dəvəti ilə seminarda iştirak etmək üçün yollanırıq. Əməyi keçən hərkəsə təşəkkür edirəm.

Öncəki xəbərNövbəti xəbər