İqtisadiyyat, ZZ-Manşet

Almaniyada pivə satışı rekord həddə çatıb

piveBu, satışın ümumi həcminin 4,7 faizi deməkdir.

İyun ayında Almaniya sakinləri on milyon hektolitrə yaxın pivə içiblər.

GSR.fm-in Anspress-ə istinadən məlumatına görə, bu, cari ilin birinci yarısında həmin içkinin satış həcminin yarısına bərabərdir.
2014-cü ilin birinci yarısında pivə satışının artımına ilk növbədə iyun ayı təsir edib. Həmin ayda Braziliyada futbol üzrə dünya çempionatı başlandı. Təkcə iyun ayı ərzində pivə satışı 14 faiz artaraq 9,7 milyon hektolitrə çatıb. İyun ayı üçün bu göstərici 2010-cu ildən bəri ən yüksək rəqəmdir.

Qeyd edək ki, alkoqolsuz pivə satışının həcmi bu göstəriciyə daxil deyildir. Cari ilin birinci yarısında alkoqolsuz içkilərlə qarışıq pivə istehlakı 2,2 milyon hektolitr olub. Bu, satışın ümumi həcminin 4,7 faizi deməkdir.

2014-cü ilin ilk altı ayı ərzində Almaniyada pivə istehlakının ümumi həcmi 2013-cü ilin birinci yarısı ilə müqayisədə 4,4 faiz artaraq 2 milyon hektolitrə çatıb.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.