GSR TV, Reportaj, ZZ-Manşet

“Amerika günləri” festivalının açılış mərasimi olub

[fbvideo link=”https://www.facebook.com/gsr.fm/videos/1177950282223996/” width=”700″ height=”400″ onlyvideo=”1″]

Mayın 14-də Azərbaycan Dillər Universitetinin İnformasiya Resurs kompleksinin Amerika Mərkəzində ABŞ mədəniyyətinin öyrənilməsi üçün təşkil olunan “Amerika günləri” festivalının açılış mərasimi keçirilib. Açılışda Amerikanın Azərbaycandakı səfiri Robert Sekuta da iştirak edib. Tədbirdə “Amerikada mədəni müxtəliflik” mövzusunda əl işləri sərgisi nümayiş olunub.

Amerika Səfirliyinin Mədəniyyət və Təhsil məsələləri üzrə müşaviri Emmy Piterson tədbirlə bağlı fikirlərini bölüşüb. O bildirib ki, uşaqların öz əl işlərini göstərmələri onunçün çox maraqlı olub:

“Amerika haqqında nə öyrənirlər o bizim üçün çox maraqlıdır. Mən gördüm ki, Maykl Cekson, amerikan futbol, bizim məşhur binalardan bəzi şəkillər var idi. Mən gördüm ki, buraya gələn şagirdlər çoxdur. Onlar Amerika haqqında, ingilis dili haqqında öyrənmək istəyirlər. Bu mərkəzdə hamı ingilis dilini yaxşı oxuya bilir. Kitablar, resurslar Bizim bütün proqramlar pulsuzdur, çünki biz-Amerika Birləşmiş Ştatları bizim öz mədəniyyətimizi göstərmək istəyirik. Biz istəyirik ki, hamı nəsə öyrənə bilsin. Mən bilirəm ki, Azərbaycanda çox qadın var ki, Amerika haqqında nəsə bilirlər. Biz də amerikanın müxtəlifliyini göstərmək istəyirik”.

Sərgidə iştirak edən Turac Babayeva deyir ki, sərgidə iştirak etdiyi üçün çox şaddır:

“İstedadlı insanların cəmiyyətdə tanınmasında bu sərginin böyük əhəmiyyəti var. Ona görə də inanıram ki, bizi az-çox tanıyırdılar, indən sonra daha çox tanıyarlar, inşallah. Biz əl işlərimizi nümayiş etdiririk. Xarici dövlətlərdə də inşallah tanıyarlar bizi. Biz də işləməyə daha çox həvəsli olarıq”.

Sərginin digər iştirakçısı Rəsulzadə Vüqar da tədbirlə bağlı təəssüratlarını bölüşür. Bildirir ki, bu sərgidə öz əl işlərini nümayiş etdirir və bu şəbəkə sənətidir :

“Şəkidən gəlmişəm, təmsil edirəm. Şəbəkə sənəti bizdə dördüncü nəsildir ki davam edir. Bizdə şəbəkə sənətinin kökü var. O vaxtlar Xan Sarayının bərpasını da mənim babam edib. Sonra 2000-2003-cü illər arası atama qismət olub. Mən bu günkü gündə bu sənəti davam etdirməyimə çox şadam”.

Milli qurama ustası Səbirə Qarayeva  deyir ki, burada Amerikaya həsr olunmuş dostluq mövzusunda əl işi var:

“Sərgi çox gözəldir. Burada bir çox müəlliflərin  işləri nümayiş olunur. Milli araxçınların,  milli geyimlərin tikilməsində mənim də damla qədər də olsa rolum var. Bir çox işlər var, müəlliflərin hamısı iştirak edir. Sevə-sevə bir neçə ildir burada, sərgidə iştirak edirik”.


Hazırladı:

Gülçin Nağıyeva

Xatirə İsmayılova

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.