Müsahibə, Siyasət, ZZ-Manşet

“Amerika ilə Türkiyə arasında etibar məsələsi yaranır”

Без названия

İraqın baş naziri Heydər əl-Abadi türk əsgərlərinin İraq ərazisindən çıxmasını tələb edir.

Bu barədə GSR.fm-ə müsahibə verən politoloq Qabil Hüseynli  bildirib ki, Amerika Türkiyənin Rusiyaya olan əlaqələrindən xeyli əndişələnir:

“Türkiyədə bir neçə dəfə Lozanna sülh sazişinin nəticələrini təkzib etmək naminə fikir səsləndirildi. Burada prezident tərəfindən belə bir fikir də irəli sürüldü ki, vaxtı ilə Kərkük şəhəri Türkiyənin nəzarətində olub. Lozanna konfransında da bu məsələlər müzakirəyə qaldırılıb, amma axıra qədər müdafiə edilməyib. İndi Türkiyənin həmin torpaqlara dair iddiası var və buna görə də gələcəkdə o torpaqlar üçün mübarizə aparmağa hazırdı. Ona görə də Türkiyə ordusunun İraqa daxil olmasını qeyri-qanuni hesab etdi. Hətta bununla bağlı BMT-yə də müraciət etdi. Amma bundan başqa Amerika da bu məsələdə axıra qədər səmimi rol oynamır. NATO diqqətdə olan Türkiyənin Rusiya ilə hərb və hərbi sazişlər imzalamaq iddiasını çox ciddi şəkildə tənqid edir. Bunları nəzərə alaraq Amerika ilə Türkiyə arasında etibar məsələsi yaranır. Bu səbəbdən də hətta Mosula hücum zamanı əvvəllər Amerikanın Müdafiə naziri Eş Karter Türkiyəyə gəldiyi zaman Türkiyənin Rakk təlimlərində iştirakı bəyan edilsə də, Bağdada gedərkən Bağdan tərəfindən bu çox təbii surətdə narazılıqla qarşılandı və Türkiyəni Mosul əməliyyatlarına buraxmadı. Amma indi məsələlərdə müəyyən razılaşmalar əldə edilib. Suriyanin Rakka şəhəri də Mosul qədər əhəmiyyətlidir. Amerika bu şəhərə olan hücum əməliyyatlarını Türkiyə ilə birgə aparmaq niyyətindədir və Türkiyə ilə bu istiqamətdə hazırlaşmağa başlayıb”.

Öncəki xəbərNövbəti xəbər

4 şərh

  1. Geri izləmə: vagragenericaar.org
  2. Geri izləmə: generic albuterol inhaler

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.