İdman, ZZ-Manşet

“Ançelotti Mourinyo qədər futbolçulara təzyiq etmir”

karim-benzema-real-madrid-10469153vvlhk_2038“Real” (Madrid) klubunun hücumçusu Kərim Benzema sabiq baş məşqçisi Joze Mourinyo haqda maraqlı fikirlər səsləndirib.

GSR.fm-in Qol.Az-a istinadən verdiyi xəbərə görə, fransız futbolçu portuqaliyalı mütəxəssisin futbolçulara təzyiq göstərdiyini bildirib:

“Ançelotti Mourinyo qədər futbolçulara təzyiq etmir. Onun Mourinyodan fərqli metodları var. Portuqaliyalı mütəxəssisin zamanında zarafat belə edə bilmirdik. Ancaq indi hər şey fərqlidir. Komandada çətin günlər keçirdim, amma hamısının öhdəsindən gəldim. İnsanlar yaxşı oyunla çox yaxşı oyun arasındakı fərqi anlamırlar. Normal oynadığım vaxtlarda belə zəif çıxış etdiyimi deyirlər”.

Qeyd edək ki, Benzema sonda “Qızıl top” mükafatını qazanmaq istədiyini bildirib.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.