Texnologiya, ZZ-Manşet

“Apple Watch” smart saatlarının istehsalına başlanılacaq

apple saat“Apple” yalnız növbəti ilin yanvarında “Apple Watch” smart saatının kütləvi istehsalına başlayacaq. Bu haqda “G for Games” texnologiya bloqu yazıb.
 
GSR.fm-in ICTnews-a istinadən verdiyi xəbərə görə, bundan başqa, məlum olub ki, “Apple” yalnız Tayvanın “Quanta Computer” tədarükçüsü ilə əməkdaşlıq edəcək. Bundan əvvəl KİV-də dərc olunmuş xəbərlərə əsasən, “Apple”, “ağıllı” saatın istehsalı üçün “Inventec” ilə də müqavilə bağlayıb.
 
Xatırladaq ki, “Apple” birinci daşınan qurğusu – “Apple Watch” smart saatını sentyabrın əvvəlində nümayiş etdirib. Sözügedən saat üç əsas modifikasiyada (suya və toza qarşı davamlı “Apple Watch Sport” modeli, sapfir şüşədən ibarət ekrana və polad korpusa malik “Apple Watch” və qızıl örtüklü korpusla təchiz edilmiş “Apple Watch Edition”) əlçatan olacaq. Bundan başqa, saat iki ölçüdə (38 və 42 mm diaqonallı ekran) əlçatan olacaq. Şirkət “Apple Watch”ın çıxış tarixini dəqiqləşdirməyib, yalnız qeyd edib ki, 2015-ci ilin əvvəlinə gözlənilir.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.