İqtisadiyyat, ZZ-Manşet

“Aqrolizinq” ASC-yə 13,5 milyon manat ayırıb

ilham aliyevAzərbaycan prezidenti İlham Əliyev respublikada heyvandarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

GSR.fm-in APA-ya istinadən verdiyi xəbərə görə, sərəncama əsasən, prezidentin ehtiyat fondundan xaricdən damazlıq heyvanların idxalı və heyvandarlıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarına 50 faiz güzəştlə lizinq yolu ilə satılması üçün “Aqrolizinq” ASC-yə 13,5 milyon manat, habelə Süni Mayalama Mərkəzinin yenidən qurulması və bu sahədə müvafiq tədbirlərin həyata keçirilməsi üçün Kənd Təsərrüfatı Nazirliyinə 1,5 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.