Bloq, P.S, ZZ-Manşet

“Araq araq ay araq, Ölkəmizə ol dayaq” - Bloq

asimBu qisa, iki misralı şeirə qayıdacağam və izah edəcəyəm ki, niyə görə məhz bu iki misralıq şeir. (şeir demək mümkünsə)

Vaxtını şən keçirmək və ya əylənmək hamının hüququdur və bunda sərbəstdilər mənim fikirimcə. Əylənmək istəyənləridə iki qrupa bölmək olar.

  1. Cibində kifayət qədər pulu olanlar
  2. Min bir əziyyətlə qazandıqları pulu alacaqları günü gözləyənlər

Birincilər əylənmək üçün dostları ilə dənizə gedir, yay fəslinin olması ilə əlaqədar olaraq, bəziləri hər hansı rayonlara gedir dostları ilə və ikincilər isə hansı ki, əyləncəni dostları ilə hər hansı kafedə oturub piyvə içmək və ya maaşını aldıqdan sonra adı kafedə 1.20 qəpiyə olan pivəni hər hansı kafədə 4 manata almaq və pul qarşılığında qadınla yatmaqda görür və aylıq maaşın demək olar ki, bir gecədə 70% xərcləyir. Hansı ki, o pulu qazanmaq üçün 12 saat əziyyətli işdə çalışır. Mən bu cür insanları heç vaxt başa düşə bilməmişəm. Hər zaman özümə sual verirdim ki, niyə və nə üçün bu insanlar istirahətlərini bu formada görür, pivə içib və qadınla yatdıqları üçün qürür duyurlar. “Əsl kişi belə olar” deyib, qürrələnirlər.

Belə tanıdığım insanlar olub. Düşünün, 27 yaşlı ailəli bir insan. 12 saatlıq iş müqabilində 410 manat maaş. İki körpə qız uşağı. Təzə doğulmuş qız uşağının kəllə daxili təziqi var. Ancaq ata pul tapıb qızını müalicəyə apara bilmir. Amma maaşını alan kimi gedir 1.20 qəpiklik pivəni dörd manata içir və qadınla yatır, səhərə qədər evə getmir. 410 manatlıq maaşın 300 manatını xərcləyir bir gecədə və qalan pulun da yarısını keçən aydan qalmış borclarını ödəyir. Yenə də təzəcə doğulmuş qızının müalicəsinə pul tapmır. Qızcığazın isə təzyiqdən başında böyümə gedir.

Deyərsiz ki, bu cür insanlar azdır. Bir nəfərlə hamını eyniləşdirmək olmaz. Razıyam sizinlə. Amma belə insanlar var, həm də az deyil. Həmin insanlar ki, ata olaraq bir dəfə uşağını götürüb gəzməyə aparmayıb, sevdiyi qadına bir dəstə gül almayıb, qadınına onun təlabatını ödəyən ətdən olan əşşa kimi yanaşıb, amma bir gecədə 270 manat pivəyə və faişəyə xərcləyib. Körpə qızı isə kəllə daxili təziqdən əziyyət çəkir, hər gün dayanmadan ağlayır. Amma ata isə “əsl kişi belə olar” deyərək qürrələnir dostlarının yanında.

Başqa bir nümunə!

İşdən evə gedirəm və avtobusa çatıb tez evə çatmağı düşünürəm. Çünki gün ərzində istidən və işdən yorulmuşam. Amma avtobusa minəndə bütün yorğunluğum yadımdan çıxır, bütün nəzərlərim arxa cərgələrdə əyləşmiş iki gəncə köklənir.

Həmin arxa cərgələrdə 26-29 yaş arasında iki gənc əyləşmişdi və biri tez-tez əvvəldə səsləndirdiyim iki misralıq şeiri deyirdi: Araq araq ay araq, ölkəmizə ol dayaq. Əyinlərin baxanda və əllərinin qabarından hər hansı bir tikintidə çalışdıqları aydın görünürdü. Amma bu iki gənc də əyləncəsini içkidə tapmışdılar. Əyləncənin içkidə tapmaqla yanaşı avtobusda olanlarında hüquqlarını pozub özlərini də alçaldırdılar.

Həmin bu iki gənc də uşağında dərman almayıb amma bir gecədə pullarının demək olar ki, hamısını pivəyə və faişəyə xərcləyən digər gəncdən fərqlənmirdilər. Yəqin ki, əmək haqlarını almışdılar həmin günü. Kefləri də kök idi. Hələ avtobusun içinə qaytarmağı da yadlarından çıxartmadılar!

Amma yenədə özüm-özümə verdiyim suala cavab tapa bilmirəm. Niyə və nə üçün ?!

Müəllif: Asim Cəlilov


Yazılan fikirlər müəllifin şəxsi mülahizələridir, redaksiya bu fikirlərə görə, məsuliyyət daşımır.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.