İdman, ZZ-Manşet

“Arda millidə karyerasını başa vurmağa hazırlaşır”

arda_turan“Barselona”nın yarımmüdafiəçisi Arda Turan Türkiyə millisində karyerasını başa vurmağa hazırlaşır.

GSR.fm Qol.az-a istinadən xəbər verir ki, Ardanın belə bir qərar verməsinə millinin baş məşqçisi Fatih Terimin növbəti dəfə onu (Ukrayna və İslandiya ilə oyunlar üçün) komandaya dəvət etməməsi səbəb olub.

“Yaxın ətrafı Ardanı bu fikrindən daşındırmağa çalışsa da, o, qərarında qətidir. Onun gələn həftənin əvvəli bununla bağlı qərarı açıqlayacağı gözlənilir” – deyə məlumatda bildirilib.

Xatırladaq ki, F.Terimlə Arda Turan arasında münaqişə “Avro-2016”da mükafat məsələsinə görə yaranıb. Bundan sonra “Barselona”lı futbolçu yaxşı oyun göstərməsinə baxmayaraq milliyə dəvət edilməyib. Fatih Terim Ardaya xitabən “Türk xalqından üzr istəmələri” lazımdır fikrinə Arda qatıldığı bir televiziya verilişində “Mən üzr istəniləcək bir şey etməmişəm” cavabını verib.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.