Sosial, ZZ-Manşet

Atəşkəs 22 dəfə pozulub

cebheMüdafiə Nazirliyi (MN) bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 22 dəfə pozub.

GSR.fm-in  MN-in saytına istinadən verdiyi məlumata görə, Ermənistan Respublikası İcevan rayonunun Berkaber, Noyemberyan rayonunun Barekamavan, Voskepar kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı, Qaymaqlı kəndlərində və adsız yüksəkliklərdə, Berd və Krasnoselsk rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndində və Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelər atəşə tutulub.

İşğal altında olan Tərtər rayonunun Çiləbürt, Ağdam rayonunun Cəvahirli, Baş Qərvənd, Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrin mövqeləri atəşə məruz qalıb.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.