Sosial, Xəbərlər, ZZ-Manşet

Atəşkəs 31 dəfə pozulub

f4eae58afeac4fb3fda196f13175f401

Müdafiə Nazirliyi (MN) bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 31 dəfə pozub.

GSR.fm-in MN-in saytına istinadən verdiyi məlumata görə, Ermənistan Respublikası İcevan rayonunun Vazaşen kəndində yerləşən mövqelərdən Qazax rayonunun Bala Cəfərli kəndində, Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndində və adsız yüksəkliklərdə yerləşən mövqeləri atəşə tutulub.

İşğal altında olan Tərtər rayonunun Çiləbürt, Göyarx, Ağdam rayonunun Sarıcalı, Füzuli rayonunun Qorqan, Qaraxanbəyli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Öncəki xəbərNövbəti xəbər

1 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.