Sosial, Xəbərlər, ZZ-Manşet

Atəşkəs rejimi 30 dəfə pozulub

cebhe

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində qumbaraatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 30 dəfə pozub.

GSR.fm-in nazirliyin saytına istinadən verdiyi xəbərə görə, Ermənistan Respublikası Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində yerləşən mövqeləri atəşə tutulub.

İşğal altında olan Tərtər rayonunun Göyarx, Ağdam rayonunun Şıxlar, Sarıcalı, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Öncəki xəbərNövbəti xəbər