Sosial, ZZ-Manşet

Atəşkəs rejimi ümumilikdə 119 dəfə pozulub

cebheMüdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan, qumbaraatanlardan, iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 119 dəfə pozub.

GSR.fm Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, Dovex, Barekamavan kəndlərində, İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə, Kəmərli, Qaymaqlı, Qızılhacılı kəndlərində yerləşən mövqelər atəşə tutulub.

Goranboy rayonunun Talış, Tapqaraqoyunlu, Gülüstan, Tərtər rayonunun Göyarx, Çiləbürt, Qızıloba, Ağdam rayonunun Sarıcalı, Kəngərli, Şıxlar, Mərzili, Cəvahirli, Qaraqaşlı, Şuraabad, Novruzlu, Mərzili, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Əbdürrəhmanlı, Aşağı Seyidəhmədli, Qorqan, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq qarşı tərəfin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 169 atəş zərbəsi endirib

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.