Podkastlar

Atom kəşf edən peşman alim

Amerika Birləşmiş Ştatlarında (ABŞ) nəşr olunan və dünyanın ən nüfuzlu xəbər və siyasət jurnallarından biri olan – Time  keçirdiyi sorğulara əsasən Albert Enşteyni “Əsrin adamı” adına layiq görüb.

Enşteyn 1879-cu il martın 14-də Almaniyada doğulub. İlk təhsilini Münhendəki Luitpold Gimnaziyasında alıb. 1894-cü ildə ailəsi İtaliyaya köçsə də, Albert təhsilini Münhendə davam etdirir. O, 1896-ci ildə İsveçrəyə Federal Politexnik Məktəbində fizika və riyaziyyat müəllimi ixtisası üzrə təhsil almağa gedir. Daha sonra Zürix Universitetinə geri dönüb riyaziyyatçı Marcel Grossman ilə çalışmağa başlayır.

Albert Eynşteyn alman vətəndaşı olsa da, 1933-cü ildə siyasi səbəblərə görə bundan imtina edib  Amerikaya köçür və Prinston Universitetində professor kimi çalışır.

Enşteyn İkinci dünya müharibəsindən sonra böyük şöhrət qazanır. Belə ki, 1945-ci ildə Ruzveltə yazdığı məktubunda nüvə silahını düzəldə bildiyi baradə xəbər verir. Lakin Xirosima və Naqasaki faciəsindən sonra bu ixtirasından böyük peşmanlıq  hissi keçirir və bundan sonra nüvə silahlarının yaradılmasına və istifadəsinə qarşı mübarizə aparır. Atom bombası Albert Eynşteynə, Avropa və Amerikadakı bir çox universitetlərdən fizika və tibb sahələrində qürurlu doktor dərəcəsini almağa haqq qazandırır. Çalışmaları nəticəsində “Copley” (1925) və “Franklin” nişanı (1935) mükafatına layiq görülür. 1921-ci ildə fizika sahəsində fotoeffektlə bağlı işlərinə görə Nobel mükafatına layiq görülür.

Eynşteyn bütün dünyada ən populyar fizik və alim olub. Hətta İsrail dövləti onu ölkənin prezidenti olmağa dəvət etsə də, böyük alim bu təklifi qəbul etmir. Bütün bunlara baxmayaraq, Eynşteyn uşaqlıqda heç də istedadına görə fərqlənməyib. Hətta, hamıya inkişafdan qalmış kimi görünüb. Uşaqlıqda riyaziyyat və fizika fənnlərindən  geri qalırdı. 7 yaşına qədər isə kiçik frazalardan başqa heç nə danışa bilməyib. Yalnız 10 yaşından sonra Albertin intellekti  formalaşmağa başlayır.

Alimin həyatı haqqında tarixdə maraqlı faktlar var.  İngiltərənin Mançester Universitetində fizikaya aid mühazirə oxuduğu vaxt, yazı taxtasına bir formul yazır və mühazirəni davam etdirir. Bir daha lövhəyə tərəf döndükdə isə onu yerində görmür. Məlum olub ki, tələbələr Eynşteyndən yadigar qalsın deyə, yazı taxtasını götürüb, yerinə başqasını qoyub. Sonra həmin taxtada Eynşteynin tabaşirlə yazdığı xəttinin üzərinə boya çəkilib və həmişəlik qalması üçün tədbir görülüb.

Nisbilik Nəzəriyyəsi artıq məşhurlaşıb, bütün dünyanı fəth etdiyi vaxtlarda Eynşteyndən xahiş edirlər ki, bu nəzəriyyənin mahiyyətini nisbətən sadə dillə onlara başa salsın. Eynşteyn isə cavabında deyir: – “Riyaziyyatçılar ona dəyişiklik edəndən  bəri, mən özüm də ondan bir şey anlamıram”.

Keçən illər ərzində  alimin beyin quruluşu haqqında bir neçə mütəxəssis qrupu tədqiqat aparsa da , heç bir mühüm nəticə əldə olunmayıb. Böyük fizikin beyininin  qeyri-adi səciyyəsi onun kütləsi hesab olunub. Yeni tədqiqatın müəllifi isə  Florida Universitetindən olan xanım antropoloq Din Falk şəkilləri analiz edib. Falk bu nəticəyə gəlib ki, Eynşteynin beyni digər insanların beynindən həm  ölçüsünə, həm  strukturuna  daha çox inkişaf edib.

Qəribəsi odur ki, Eynşteyn onun kəşflərindən anlamayan insanlar arasında da  məşhur idi. Bunun səbəbi isə İngiltərə və Amerikanın jurnalistləridir. Müharibədən bezmiş mətbuat tamam fərqli mövzulardan  yazmaq istəyir. Ona görə də nisbilik nəzəriyyəsi ictimai sensasiyaya çevrilir. Hamı bu kəşfi eləyən insanla tanışlığa can atsa da alim stereotipi əvəzində onlar axmaq zarafatları və hoqqabazlığı ilə seçilən pırtlaşıq saçlı insanı gördülər. Eynşteynin qəribə xorizmi vardı və o, harda olmasından asılı olmayaraq diqqət mərkəzində olurdu

Albert Eynşteyn 18 aprel 1955-ci ilde Nyu – Cersi ştatının Prinston şəhərində  anevrizmdən vəfat edir.

Şəkil bu saytdan götürülmüşdür: http://home1.gte.net/res0qaye/catacombunderground/id17.html

Öncəki xəbərNövbəti xəbər

2 şərh

  1. Geri izləmə: vagragenericaar.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.