Sosial, ZZ-Manşet

“Autizmli uşaqlar da digər uşaq kimi bir şəxsiyyətdir” 

autism“Autizmli uşaqlar gələcəkdə uşaqlıqlarında alüdə olduqları sahə üzrə işləsələr daha yaxşı olar. Autizmli uşaqlar digər uşaqlarla ünsiyyətdən qaçırlar, bunun qarşısını almaq üçün onları uşaq bağçasına aparsınlar”.

Bu fikirləri GSR.fm psixoloq- psixoterapevt Lamiyə Ağaqızı bildirib. O, qeyd edib ki, autizmli uşaqların valideynləri  övladlarının adət etdiyi qaydalara riayət etməyə çalışmalıdırlar.

”Autizm, Asperger sindromu, Rett sindromu, Uşaqlıq dezinteqrativ pozuntusu, Atipik autizm- bunlar Autizmin spektr pozuntularıdır. Baxmayaraq ki, autizmin təzahür spektri çox genişdir, əsas simptomları ümumi xarakter daşıyır.  Buna sosial münasibətlərdə pozğunluq, nitq və ünsiyyətdə pozğunluq, təxəyyüldə  pozğunluqlar aiddir. Əgər valideyinlər bu xüsusiyyətlərin bir neçəsini uşaqlarında müşahidə edibsə, mütləq psixoloqa müraciət etməlidirlər. Çünki, ilkin diaqnoz çox önəmlidir.

Lamiyə Ağaqızı autizmli uşaqların valideyinlərinə öz tövsiyyələrini də bildirib:

 Autizmli uşaqlar da digər uşaq kimi bir şəxsiyyətdir, buna görə də ümumi tövsiyyələrdən istifadə edərkən uşağın spesifik reaksiyalarını nəzərə almaq lazımdır. Rəqəmlər ilə maraqlanan uşaq, gələcəkdə müsahib və ya vergi müfəttişi ola bilər. Belə uşaqların adət etdiyi qaydalara riayət etməyə çalışmalıdırlar. Autist uşaqlar adətən televizora baxmağı xoşlayırlar, lakin onlara məhdudiyyət qoymaq lazımdır.

Psixoloq Autizmli uşaqların əsas xüsusiyyətləri haqqında da danışıb:

Autizmli uşaqlar əsasən başqaları ilə ünsiyyət qurmayan, öz istəklərini başqalarının əllərindən istifadə edərək ifadə edən, uzun müddət ərzində eyni mövzu üzərində danışan, mənasız sözləri ardıcıl təkrarlayan və exolaliya (cavab vermək əvəzinə, özünə deyilənləri eynilə təkrar etmək) kimi xüsusiyyətlərə malik olurlar. Belə uşaqların əsas kompleksləri hər hansı bir yeniliyə qarşı duyduqları qorxu və qeyri-müəyyənlik, təmasdan və qucağa alınmaqdan xoşu gəlməməsi, göz təmasından qaçmaları və digər uşaqlarla oynamamaqlarıdır”.

 

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.