Siyasət, Xəbərdar, ZZ-Manşet

Aviaşirkətlər Ukrayna üzərində uçuşlarını dayandırır

Ukraine-Donetsk-airportBir sıra aviaşirkətlər Ukraynanın hava məkanı üzərində uçuş həyata keçirməyəcəklərini bəyan ediblər.

GSR.fm-in APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə artıq Almaniyanın Lufthansa, Böyük Britaniyanın “Virgin Airlines” və Rusiyanın “Transaero”, “Aeroflot” və “S7” aviaşirkətləri qərar qəbul ediblər.

Xatırladaq ki, bu gün Donetsk vilayətində Malayziyaya məxsus “Boeing” təyyarəsi qəzaya uğrayıb. Təyyarənin qəzaya uğraması nəticəsində 295 nəfərin ölüb. Ukrayna hökuməti və separatçılar bir-birlərini təyyarənin vurulmasında günahlandırırlar.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.