Cəmiyyət, ZZ-Manşet

Avro 4 tətbiq olundu…

Aprelin 1-dən tətbiq edilən Avro 4 standartından sonra ölkələr üzrə tarixi müəyyən edilmiş vaxtı keçmiş avtomobillər Azərbaycana buraxılmayacaq. Bizdə bu mövzuyla bağlı maşın bazarındakı vəziyyətlə maraqlandıq. Satıcılar avro 4 standartının tətbiqindən sonra maşın bazarında yaranan vəziyyətdən narazıdırlar.

Əli Şamilov: Satıcılar üçün acınacaqlı vəziyyətdir. Alıcılar ola bilər ki, təşvişdədirlər. Hələ ki, cəsarət edib alan yoxdur. Gözləyirlər ki, sonunda nəsə ola bilər. Yəqin, qiymət düşər. Bəziləri deyir ki, qiymət qalxa bilər. Hal-hazırda bazarın vəziyyəti yoxdur.

Vəfadar: Maşın bazarındakı vəziyyət heç nədir. Maşınlardakı qiymət ölüb. Maşına heç bu dəqiqə qiymət verən yoxdur. Nə qədər desək ki, maşın bazarında maşın var. Amma de görüm, alıcı var ?

Mübariz Musayev: Alıcı çox zəifdir. Bir az keçmiş Sovet maşınlarına tələbat var. Bir də ucuzvari maşınlara.

Məhəmməd: Maşın bazarında bu günki vəziyyətdə çox ağırdır. Alıcı gəlir, ala bilmir. 5000 manata satılan maşını 4200 manata ala bilmirlər.

Əmlak Bazarı İştirakçıları İctimai Birliyinin icraçı direktoru  Ramil Osmanlının sözlərinə görə, 1999-2003-cü il istehsalı olan avtomobillərin qiymətlərində 15% artım müşahidə olunur.

Ramil Osmanlı:

Avto nəqliyyat vasitəsini gətirən adama xüsusi tapşırıqlar verilə bilər. Tutaq ki, keçən ilin avtomobilində hər hansısa bir problem var. Onun katalizatoru yararsızdır və yaxud, səs boğucusundan havaya  zəhərli qazlar çıxır. Bu başqa şeydir. Amma kütləvi şəkildə belə bir yoxlanılmanın aparılması fiziki cəhətdən mümkün deyil.

İqtisadçı ekspert Vüqar Bayramov Avro 4-ün tətbiqindən sonra ölkəyə bahalı və keyfiyyətli avtomobillərin idxal olunacağını bildirir.

Vüqar Bayramov:

Avtomobillərin sayında azalmalar qaçılmazdır. 2014-cü ildə Azərbaycana bahalı avtomobillərin idxal olunacağı gözlənilir. Eyni zamanda, strukturda dəyişikliklər olacaq. Əgər, əvvəllər Azərbaycana gətirilən avtomobillərin böyük bir qismi nisbətən ucuz və istehsal ili köhnə idisə, artıq, istehsal olunan avtomobillərin böyük bir qismi yeni olacaq.

Qeyd edək ki, Avropa ittifaqına daxil olan ölkələr üzrə buraxılış ili 2005, Amerika 2004, Koreya 2006, Türkiyə 2009, Çin və Yaponiya istehsalı olan avtomobillərdə 2011-dən əvvəl olmamalıdır. Bu zaman həmin avtomobillər Azərbaycana buraxılmayacaq.

Öncəki xəbərNövbəti xəbər

15 şərh

  1. Geri izləmə: vagragenericaar.org
  2. Geri izləmə: viagra generic

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.