Foto, Reportaj, ZZ-Manşet

“Avropa şəhərciyi” Bakı Bulvarında - FOTOSESSİYA

01-avropa-seherciyi-016

Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi Aİ-yə üzv ölkələrin səfirlikləri ilə birlikdə və Milli Dənizkənarı Parkın administrasiyasının tərəfdaşlığı ilə “Avropa Şəhərciyi 2016” festivalı keçirilib.

Bu il Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi və Avropa İttifaqına üzv ölkələrin Bakıdakı səfirlikləri – Azərbaycan Respublikası ilə mövcud əməkdaşlığın 25 illiyini bir neçə tədbir çərçivəsində qeyd edirlər.  2013-cü ildən etibarən ardıcıl olaraq İçəri Şəhərdə keçirilən “Avropa Şəhərciyi” tədbiri  bütün əhali üçün açıq ictimai məkanda təşkil edilən bir mərasimdir. Festivalın keçirilməsində məqsəd Avropa İttifaqına üzv ölkələrə öz mədəniyyət və ənənələrini nümayiş etdirmək üçün imkan yaratmaqdır.

“Avropa Şəhərciyi 2016” festivalı çərçivəsində uşaq və böyüklər üçün çoxsaylı müsabiqə və viktorinalar, Avropa ölkələrinə virtual səyahət, milli rəqs və karaoke ifaları, feys-art, şahmat yarışı və s. təşkil olunub. Eyni zamanda  festivala gələn qonaqlar “qaspaço” və “paella” kimi tanınmış Avropa yeməklərinin hazırlanması üzrə kulinariya şousuna tamaşa etməklə yanaşı pizza xəmirinin virtuoz-aşpaz tərəfindən havada fırladılması şousunu izləyiblər.

Qeyd edək ki, saat 14:00-da başlanan tədbir 22:00-dək davam edəcək.

GSR.fm “Avropa Şəhərciyi 2016” festivalından fotoları təqdim edir:

03-avropa-seherciyi-004

02-avropa-seherciyi-003

 

14-avropa-seherciyi-13

09-avropa-seherciyi-009

10-avropa-seherciyi-010

11-avropa-seherciyi-011

12-avropa-seherciyi-012

13-avropa-seherciyi-013

08-avropa-seherciyi-008

07-avropa-seherciyi-007

06-avropa-seherciyi-007

05-avropa-seherciyi-006

04-avropa-seherciyi-005

Hazırladı: Kəmalə Rövşən

Öncəki xəbərNövbəti xəbər