Cəmiyyət

Avtobuslarda təmizliyə necə riayət olunur?

Əl tutmaq üçün yerlər var haa,  heç olmasa həftədə bir dəfə də olsa,  paraşokla yumurlar ki, adam əlini tutanda min cür xəstəlik var bu dəqiqə,  adamın əli yapışır ora.

Oturacaqlar  pis gündədir, çox pis gündədir, çirklidir təmiz deyil.

Ən çox natəmizlik, toz-torpaq, dayanacaqlarda  saxlıyanda, qapılar açılanda,  toz birbaşa ciyərlərimizə işləyir.

Avtobusların yuyulmaması, yağış yağanda ümumiyyətlə pəncərələrindən baxmaq olmur.

Şəhər sakinləri avtobuslarda antisanitar vəziyyətdən şikayətlənirlər.  Sərnişinlərin sözlərinə görə şəhər avtobusları ilə müqayisədə şəhərkənarı istiqamətdə hərəkət edən avtobuslarda  vəziyyət heç də ürək açan deyil. Onlar pəncərələrin və oturacaqların natəmiz olmasından, sürücülərin sərnişinlərə qarşı kobud münasibətindən narazı olduqlarını bildirirlər.

Məsələ ilə bağlı sürücülər isə fərqli  fikirdədirlər.  Onlar bu məsələ də sərnişinlərin özlərini günahlandırırlar. Avtobusların hər gün mütəmadi olaraq  təmizləndiyini bildirən sürücülər kənd yollarının da yağışlı günlərdə palçıqlı olmasının natəmizliyə gətirib çıxardığını deyirlər.

Səhər-səhər indi açılıbda,  hələ 2 dəfə uje təmizlənib, ona görə kənd yerində işləyirik, toz-torpaqdır kənd yeridir ona görə.

Görürsən,  salfetka ilə silirlər əllərini atirlar maşının içinə,  saqqız çeynəyib atırlar, o cür olur.

Yollar çirklidir axı dünən bütün günü yağış yağıb, kəndin yollarıda ki, pis gündə kanalizasiya yox, bir şey yox yollar təmizlənmir axı.

Hüquqşünas Vamiq Şükürov avtobuslarda müşahidə etdiklərindən danışır. Nəqliyyat Nazirliyi tərəfindən nəzarət edilmədiyini deyir.

Vamiq Şükürov:

Pəncərələrin kənarı toz-torpaqdır, stollar ümumiyyətlə skamekalar baxırsan  ki, xarabdır,  tez-tez düşür götürüb ora təzədən yerləşdiririk. Onu hələ indiyə qədər heç  mən eşitməmişəm ki, hansısa şirkət cərimələnsin, tədbir görülsün,  bu sanitar  vəziyyətin aradan qaldırılması üçün konkret ölçü götürülsün.

Ekspertin fikrincə avtobuslardakı natəmizlik, normal sərnişin-sürücü münasibətlərinin olmaması və digər problemlərin əsas səbəbi nəqliyyat sektorunda azad rəqabətin olmaması ilə əlaqədardır.

Vamiq Şükürov :      

Yalnız müəyyən şəxslər tərəfindən bu xidmət hayata keçirilir. Rəqabət olmayan yerdə arzusunda olmayacaqlar həmin şəxlər ki, bu inkişaf eləsin. Amma rəqabət olasa, bu işi bir neçə şirkət həyata keçirər və bunlar arasında rəqabət formalaşa bilər. Bu rəqabətdən asılı olaraq da onlar xidmətlərini bir-birinin rəqabətindən daha da inkişaf elətdirirlər. Yəni bütün avropa və dünyanın  inkişaf  etmiş ölkələrinin hamısında sərnişin daşımanın keyfiyyəti  bu cür yüksəlir.

Nəqliyyat Nazirliyi İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Namiq Həsənov da avtobuslardakı natəmizliyin sərnişinlərdən qaynaqlandığını düşünənlərdəndir. Deyir ki:

Avtobuslar hər səhər qarajdan yuyulub çıxırlar,  yəni , bu bir mənalı mən bunu sizə deyə bilərəmki, texniki müayinədən keçən avtobuslar hamısı yuyulub çıxırlar, amma, gün ərzində sərnişinlər ora tüpürürlər çıxırlar, kimsə günəbaxan tumu tökür, kimsə nə bilim əlində nə varsa atır avtobusa. Yəni,  avtobus hərəkətdə ola-ola  onu təmizləmək mümkün olmur, amma, hər halda son dayancaqdan sonra, yəni,  qaraja düşürdüləndə yenə də belə deyək ki,   sürücülər  bunun təmizliyinə baxırlar.

Nazirliyin müfəttişləri tərəfindən hər gün monitorinqlər aparıldığını və dəfələrlə avtobus sahiblərinə bu barədə xəbərdarlıq olunduğunu, tələblərə cavab verməyən avtobus sürücülərinin xəttdən kənarlaşdırıldığını,  bəzi avtobus xətlərinin isə, ümumiyyətlə  bağlandığını  qeyd edən Namiq bəy bu kimi problemlərin  getdikcə azaldığını vurğulayır.

 

Öncəki xəbərNövbəti xəbər

14 şərh

  1. My partner and I absolutely love your blog and find almost all of
    your post’s to be just what I’m looking for. can you offer guest writers to write
    content for yourself? I wouldn’t mind creating a
    post or elaborating on a few of the subjects you write with regards to
    here. Again, awesome website!

  2. An impressive share! I have just forwarded this onto a coworker who has been doing a little research on this.
    And he actually ordered me breakfast due to the fact that
    I stumbled upon it for him… lol. So let me
    reword this…. Thanks for the meal!! But yeah, thanks for spending some time to talk about this subject here on your web site.

  3. Geri izləmə: vagragenericaar.org
  4. Hey just wanted to give you a quick heads up. The text in your article
    seem to be running off the screen in Opera. I’m not sure if this is a format issue
    or something to do with internet browser compatibility but I thought I’d post to let you
    know. The layout look great though! Hope you get the issue resolved soon. Thanks

  5. Hi, I think your website might be having browser compatibility
    issues. When I look at your website in Chrome, it looks
    fine but when opening in Internet Explorer, it has some overlapping.
    I just wanted to give you a quick heads up!
    Other then that, awesome blog!

  6. Hi are using WordPress for your blog platform? I’m new to the blog world but I’m trying to get started and set up
    my own. Do you need any html coding knowledge to make your own blog?

    Any help would be really appreciated!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.