Aktual, GSR fm, Podkastlar

AXC-nin xoşbəxt zabiti

1918-ci ilin 28-mayında Azərbaycan Xalq Cümhuriyyəti elan olunanda qarşıda duran əsas məsələ ordu yaratmaq olur. Çünki, Cümhuriyyət qurulsa da onun varlığı üçün təhlükə hər an duyulur. Azərbaycanlı generallar Səməd bəy Mehmandarov və Əliağa Şıxlinski ordu yaratmaq işinə əslən Litva tatarı olan və hərb sənətini dərindən bilən Masey bəy Sulkeviçi cəlb edirlər. Onların ilk tanışlığı isə Çinin Mancuriya çöllərində, Port Artur cəbhəsində olur.

Sulkeviç 1865-ci il iyunun 20-də Belarusiyanın Vilen quberniyasının Kemeyşi məntəqəsində doğulur. Atası Aleksandr hərbçi olur, polkovnik rütbəsində Qusar alayında xidmət edir.

Masey bəy də atası kimi hərb sənətini seçir. 1888-ci il oktyabrın 3-də İmperiyanın Baş Qərargah Akademiyasına daxil olur. Bu akademiyanı bitirən ilk müsəlman tələbə də elə Masey bəydir. Akademiyanı bitirdikdən sonra xidməti vəzifədə uğur qazanmağa başlayır və 1916-cı ildə general-leytenant rütbəsi alır. Lakin, İmperiya ordusunda xidmətini 1918-ci ilin əvvəllərində başa vurur.

Masey bəy Rusiya İmperiyasının süquta uğradığını görür. Fürsətdən yararlanıb, imperiya tərkibində olan bütün türk-tatar torpaqlarını azad edərək yeni tipli müstəqil dövlət qurmaq istəyir. Lakin bu istəyini reallaşdıra bilmir.

Onun 1917-ci ildə yaratdığı “Müsəlman korpusu”nu 1918-ci ilin yazında almanlar tərkisilah edir. Sulkeviç isə əsasən Polşa tatarlarından ibarət bir qrup zabitlə Krıma gəlir. Burada alman hərbi komandanlığı ilə razılıq əldə edir və Krım hökümətini formalaşdırmağa başlayır. 25-iyun 1918-ci ildə Krım Diyar Hökuməti müstəqilliyini elan edir. Sulkeviç Krım hökumətində baş nazir, hərbi nazir və daxili işlər naziri vəzifəsində çalışır.

Həmin dövrdə baş nazir Sulkeviç Azərbaycan Xalq Cümhuriyyəti ilə qarşılıqlı siyasi, hərbi və mədəni əlaqələrin qurulmasına, ümumi düşmənə qarşı birgə mübarizədə birləşməyə böyük önəm verir.

Masey bəy 1918-ci ilin 15 noyabrında hakimiyyəti Solomon Krıma təhvil verir.

1918-ci ilin dekabrında  Azərbaycana gəlir. Azərbaycan vətəndaşlığını qəbul edir. Hərbi Nazirliyin dəftərxanasına məxsus sənəddə belə yazır:

“Dinim müsəlman, adım Məmməd bəy, rütbəm general-leytenantdır. Azərbaycan vətəndaşlığını qəbul edirəm”.

1919-cu il martın 26-dək Gəncədə yerləşən Birinci Müsəlman Korpusunun komandanı, həmin gündən sonra isə Baş Qərargah rəisi təyin edilir.

Denikin təhlükəsindən qorunmaq üçün Bakının dənizdən və qurudan müdafiəsini, Abşeronun, Şimal sərhədinin müdafiə sistemlərinin qurur. Bakı limanındakı bəzi ticarət və nəqliyyat gəmilərini hərbiləşdirərək, şəhərin müdafiəsinə cəlb edir. Hərbi hissə və birləşmələrdə çavuş məktəbləri yaradılır, döyüş hazırlığının proqram və cədvəlləri tərtib edilir, qoşun və agentura kəşfiyyatının təşkilinə diqqət artırılır.

Sulkeviç, həmçinin, Bakıdakı ingilis qüvvələrinin komandanlığı ilə razılaşma əsasında ingilis toplarının öyrənilməsi üçün 50-80 nəfərlik qrupun yaradılmasına nail olur. Həmin qrupda dərsləri ingilis zabitləri aparır. Qoşun hissələrinin atəş hazırlığının yüksəldilməsi üçün metodik göstərişlər və hərbi sənədlər hazırlayır.

1920-ci il fevralın 17-də öz xahişi ilə ordu sıralarından tərxis edilir.

1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyətini bolşeviklər zəbt edir. May ayında general Sulkeviçi həbs edib Bakı Fövqəladə Komitəsinin zirzəmisinə salırlar. İyulun 15-də “əksinqilabi fəaliyyətdə” günahlandırıb, güllələyirlər.

Məhəmməd Əmin Rəsulzadə öz kitabında Süleyman bəy Sulkeviçin həyatının son dəqiqələri haqqında belə yazır:

“ …Onunla birlikdə olan Mehmet Ali bəy deyir:

“Generala əmr etdilər ki, çekistlərin ardınca getsin. Bizə aydın oldu ki, onun ölüm saatı çatıb. Ətrafa ölüm sükutu çökmüşdü. Onun gözlərinə baxmağa cəsarət etmirdik, təsəlli sözü tapa bilmirdik. General Sulkeviç özü bizi qabaqladı, sakit, qətiyyətli səslə dediyi sözləri ömrüm boyu unutmayacağam: «Xoşbəxtəm ki, müsəlman ordusunun zabiti kimi ölürəm. Əlvida!”…”.

Öncəki xəbərNövbəti xəbər

9 şərh

  1. Geri izləmə: vagragenericaar.org
  2. Oh my goodness! Awesome article dude! Thank you, However I am
    having difficulties with your RSS. I don’t understand why I am unable to join it.
    Is there anybody having the same RSS problems? Anyone that knows the answer will you kindly
    respond? Thanx!!

  3. I’ve been surfing online more than 2 hours today, yet I never found any interesting article like
    yours. It’s pretty worth enough for me. In my opinion, if all website owners
    and bloggers made good content as you did, the internet will be a lot
    more useful than ever before.

  4. Good day! Do you know if they make any plugins to help with
    SEO? I’m trying to get my blog to rank for some
    targeted keywords but I’m not seeing very good success.
    If you know of any please share. Thank you!

  5. hello there and thank you for your information – I’ve definitely picked up anything new from right
    here. I did however expertise several technical issues using this web site, as I experienced to reload the site lots of times previous to I
    could get it to load properly. I had been wondering if your web host is OK?

    Not that I am complaining, but slow loading instances times will often affect
    your placement in google and could damage your high-quality
    score if ads and marketing with Adwords. Anyway I am adding this RSS to
    my e-mail and could look out for a lot more of your
    respective intriguing content. Make sure you update this again very soon.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.