Sosial, ZZ-Manşet

Axısxa Türklərinin sürgününün ildönümü qeyd olunub

axiskaBugün Bakıda, Gəncliyə Yardım Fondunda Azərbaycanın müxtəlif bölgələrindən gələn axısxalı türklərin iştirakı ilə tarixi vətəndən sürgünün 72-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

GSR.fm xəbər verir ki, keçirilən mərasimdə 14 noyabr 1944-cü ildə Axısxa Türklərinin tarixi vətənləri olan Gürcüstanın Samsxe-Cavaxeti bölgəsindən Orta Asiya çöllərinə sürgün edilməsinin 72-ci ildönümü qeyd olunub.

Tədbirdə Azərbaycan Respublikası Dövlət və Hökumət nümayəndələri, Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin, TİKA Bakı Koordinasiya Ofisinin, Yunus Əmrə İnstitutunun, Eğitim, Basın və Dini Müşavirliyin, TRT və Anadolu Agentliyi Bakı təmsilçiliklərinin nümayəndələri iştirak edib.

Xatırladaq ki, anım mərasimi Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi “Axısxa Türklərinin tarixi vətənə dönüşü prosesində maarifləndirmə işinin təşkili” layihəsi çərçivəsində Gənclərə Yardım Fondu ilə birgə təşkil edilib.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.