Tutulma – Yerdəki müşahidəçiyə nəzərən bir Göy cisminin digərinin qarşısından keçməsi hadisəsidir. Ən məşhuru ay və günəş tutulmasıdır. Yəni Ay Günəşin qarşısından keçəndə günəş tutulması, Yer Ayın qarşısından keçəndə ay tutulması baş verir. Bu tutulmalar ilə bağlı maraqlı faktlarla tanış ola bilərsiniz.
Bizim əsrimizdə ən uzun tam günəş tutulması 2009-cu il 22 iyulda baş tutub. Onu Hindistanda, Nepalda, Butanda və Çində izləyiblər. Bu tutulma 6 dəqiqə 29 saniyə çəkib.
Ayın kölgəsi tutulma zamanı Yerin üzərində 2000 m/s sürəti ilə hərəkət edir.
Ayın arxasında gizlənmədən öncə günəşin ətrafında müxtəlif şəkillərdə şüaların işıq saçdığı müşahidə olunur. Bu da onunla əlaqədardır ki, günəş şüaları Ayın üzərindən paralel şəkildə keçir.
Günəş tutulması zamanı oğlanın sevgilisinə evlilik təklif etməsi də bir adət halına çevrilib. Çünki həmin anda göy qaşlı üzüyü xatırladır.
Günəş tutulmasının gözəlliyi və dəqiqliyi möcüzəli bir təsadüfə səbəb olub – Günəşin diametri Ayın diametrindən 400 dəfə böyük olmasına baxmayaraq, Günəşlə olan məsafə Aydan 400 dəfə çoxdur.
Yer kürəsi – yeganə Günəş sistemidir ki, yalnız burada tam günəş tutulmasını izləmək mümkündür.
Çində ən qədim günəş tutulması qeydə alınıb. Bu təxminən b.e.ə 1050-ci ilə təsadüf edir.
Dünya okeanının cazibə qüvvəsi Yerin fırlanmasını aşağı salmaqla yanaşı, Ayın Yerdən uzaqlaşmasına da gətirib çıxarır. Təxminən 600 milyon ildən sonra Ay Yerdən o qədər uzaqlaşacaq ki, Günəşin qarşısını örtə bilməyəcək. Buna görə də günəş tutulması dayanacaq.
Dünyanın hər yerindən günəş tutulmasını 360 ildə yalnız bir dəfə görmək mümkündür.
Ancaq Yer kürəsində xüsusi bir yer var ki, məsələn, ABŞ-da İllinois Karbondale – burada günəş tutulması 2017-ci ilin 21 avqustu və 2024-cü ilin 8 aprelinə nəzərdə tutulub. 7 ildə cəmi iki dəfə.
Kanadalı astronom C.Kempbell ömrünün 50 ilini müxtəlif tutulmaların “kolleksiyası”nı yığmağa sərf edib. O, bu hadisələrin 12 müxtəlif tipini görməyə can atırdı, ancaq hər dəfə göyün üzü sıx buludlarla örtülüb.
Kolumbiyada tutulma ilə bağlı belə bir hadisə baş verib. Belə ki, yerli sakinlərlə mübahisə zamanı dənizçi onları hədələdi ki, əgər onu ərzaqla təmin etməsələr, Ay göy üzündən yoxa çıxacaq. Məhz həmin anda ay tutulması baş verdi. Və qorxmuş sakinlər “hər şeyə qadir olan əcnəbilər”lə əməkdaşlıq etməyə razılıq verdilər. Bilik – gücdür!
Hazırladı: Rəna Hüseynova
Mənbə: bigpicture.ru
buy cialis over counter
http://tadmedz.com cheap cialis uk generic