Aktual

“Azərbaycanda kitab bahadır”

Zaur Həsənzadə 26 iyunda Bakının mərkəzində yerləşən kitab evlərindən birində keçirilən 2 manata bir kitab aksiyasında iştirak edən gənclərdəndir. O, tədbirin təşkilindən qismən razı qaldığını deyir. Zaur Həsənzadə aldığı 4 kitaba 51 manat əvəzinə 8 manat ödəməklə, büdcəsinə böyük qənaət etdiyini vurğulayır. Belə aksiyaların tez-tez keçirilməsini istəyən Zaurdan fərqli olaraq, Rəna Əliyevanın sözlərinə görə, aksiyadakı qarışıqlıq hansısa kitabı seçməyə imkan vermir. “Növbə yaratmaq olardı ki, kim tez gəlibsə, o da kitab götürə bilsin” – deyə,  Rəna həll yolunu da göstərir. O belə aksiyaların müsbət tərəfini də vurğulayır.

Rəna Əliyeva:

–         Düşünürəm ki, hamı 10 manata kitab ala bilmir. Bu aksiyanı həftədə bir dəfə, ən azı ayda iki dəfə etmək olar. Bunun nəticəsində hətta kimin kitab oxumağa marağı yoxdursa,  aksiyanın nəticəsində oxumağa başlayar.  

Layihənin müəllifi, kitab evinin satıcısı Elçin Məmmədov deyir ki, məqsəd Azərbaycanda kitaba, kitab dükanlarına olan marağı artırmaqdır. Artıq ikinci dəfədir ki, keçirilən aksiyanın bundan sonra davam edib-etməyəcəyinə münasibət bildirən layihə müəllifi bildirir ki

Elçin Məmmədov:

–         Belə getsə yəqin ki, yox. Çünki insanlar çox aqressiv yanaşırlar.  Qəribə psixologiya var insanların beynində. Onlar elə fikirləşirlər ki, bütün kitab mağazasını oradan çıxarıb, burada səbətin içində onlara pulsuz satılacaq. Kitab oxumaq istəyən insanın bu cür fikirləşməyi doğurdan insana çox qəribə gəlir.

Bakıdakı kitab evlərindən birinin rəhbəri Nigar Köçərli isə aksiyaların nəticəsindən razı qaldığını bildirir. Qiymət məsələsinə toxunan Nigar Köçərli  bu gün kitab satışının yüksək səviyyədə olmamasını kitabın baha olmasıyla əlaqələndirir.

Nigar Köçərli:

–         Tamamilə razıyam ki,  Azərbaycanda kitab bahadır. Yalnız bizim ölkəmizdə kitab üzərində ƏDV (Əlavə Dəyər Vergisi) yüklənir. Bu əlavə 18 faizdir. Dünyanın əksər ölkələrində ƏDV sıfırdır. İnanıram ki, Azərbaycanda da bu dəyişiklik qəbul olunacaq. Əgər bu qanun qəbul olunsa, təbii ki, kitabların qiyməti aşağı düşəcək.

“Qanun” nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu kitab bazarının yaranmamasının səbəbini maddiyatla əlaqələndirmir. O hesab edir ki, bu gün Azərbaycanda kitab bazarı çox zəifdir və kitab dükanları yoxdur. Buna görə də, kitabı cəmiyyətə təqdim etmək çətindir.

Şahbaz Xuduoğlu:

–         İlk növbədə gərək kitaba tələbat çox olsun. Və bu yalnız Bakının mərkəzində yox, regionlara çıxmalıdır. Kitab əgər gündəlik həyatın, tələbin tərkib hissəsinə çevrilərsə, o zaman kitaba maraq da artmış olar.

Kitab üzərindəki ƏDV-yə də diqqəti yönəldən Şahbaz Xuduoğlu aidiyyatı qurumlara çoxlu müraciətlərin olmasına baxmayaraq, hələ də Azərbaycanda kitab bazarının bütün vergiləri ödəmək məcburiyyətində olduğunu bildirir.

 Şahbaz Xuduoğlu:

–      Bununla bağlı çoxlu müraciətlər olubdur. Yazıçıların prezidentə müraicəti olub, parlamentə müraciəti olub, Vergilər Nazirliyinə müraciət etmişik ki, kitab üzərindən ƏDV götürülməlidir.

 

Öncəki xəbərNövbəti xəbər

23 şərh

  1. This design is steller! You certainly know how to keep a reader entertained.
    Between your wit and your videos, I was almost moved to start my own blog (well, almost…HaHa!)
    Wonderful job. I really enjoyed what you had to say, and
    more than that, how you presented it. Too cool!

  2. Heya! I just wanted to ask if you ever have
    any trouble with hackers? My last blog (wordpress) was hacked and
    I ended up losing several weeks of hard work due to
    no data backup. Do you have any solutions to prevent hackers?

  3. Have you ever thought about including a little bit
    more than just your articles? I mean, what you say is valuable and all.
    However think of if you added some great photos or video clips to give your posts more, “pop”!
    Your content is excellent but with pics and clips, this website could certainly be one of the
    most beneficial in its field. Amazing blog!

  4. Hello! I’ve been following your website for a while now and finally got the bravery to go ahead and give you a shout out from Humble Tx!
    Just wanted to tell you keep up the fantastic work!

  5. Howdy! Someone in my Myspace group shared this site with us so I came to check it out.
    I’m definitely loving the information. I’m book-marking and will be
    tweeting this to my followers! Outstanding blog and fantastic
    style and design.

  6. wonderful submit, very informative. I wonder why the
    opposite specialists of this sector don’t understand this.
    You must proceed your writing. I am sure, you have a huge readers’ base
    already!

  7. You actually make it seem so easy with your presentation but
    I find this topic to be actually something which I think
    I would never understand. It seems too complex and extremely broad for
    me. I am looking forward for your next post, I will try to get the hang of it!

  8. Hey there! This is kind of off topic but I need some guidance from
    an established blog. Is it hard to set up your own blog?
    I’m not very techincal but I can figure things out pretty quick.
    I’m thinking about making my own but I’m not sure where to start.
    Do you have any ideas or suggestions? Appreciate it

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.