Müsahibə, Siyasət, ZZ-Manşet

“Azərbaycan ABŞ-la öz münasibətlərini saxlayacaq”

donald-and-hillary-2

Noyabr ayının 8-i Amerika Birləşmiş Ştatlarının 45-ci prezidenti seçiləcək. Seçkilərdə Demokratçılar partiyasından Hilari Klinton, Respublikaçılar partıyasından isə Donald Tramp iştirak edəcək.

Bu barədə GSR.fm-ə müsahibə vərən siyasi ekspert Arzu Nağıyev bildirib ki, ümumiyyətlə hərə bir cürə proqnoz verir ki, Klinton bir sıra proseslərdə iştirak edib:

“Hilari Klinton dövlət katibi olan zaman dünyada baş verən müxtəlif proseslərin müəllifləri olub. Bu, Şərqə, Ərəb dövlətlərinə, İraq və Suriyadakı proseslərə aiddi. Lakin Tramp öz çıxışlarında nə qədər də bugünkü gün üçün qeyri-adekvat çıxışlar etsə də o, hərbiçilər tərəfindən sevilmir. Eyni zamanda miqarantlarla bağlı verdiyi bəyanatlara görə Meksika və digər dövlətlərdə ona qarşı bir sıra problemlər yaşanırdı”.

Amerikadakı seçkilər prosesindən danışan Arzu Nağıyev qeyd edib ki, bu proseslər iki nöqtəyə əsasən qurulur:

“Amerikada seçkilər prosesi iki əsas məsələ üzərində qurulur. Biri ölkənin təhlükəsizliyi və Amerika Birləşmiş Statlarının təhlükəsizliyinin təhdidi ilə bağlı xarici ölkələrdə aparılan əməliyyatlar, digəri isə Amerikanın iqtisadi problemləri ilə bağlı aparılan əməliyyatlar. Demək olar ki, bundan başqa elə bir problem yoxdur. Buna görə də hər dövlət özü-özünə Amerikanın siyasəti nə cür təsir edə bilərsə, elə bəyanatlarla çıxış edirlər”.

Seçkilərin nəticəsinə nəzərən Amerikanın Azərbaycana olan münasibətindən danışan siyasi ekspert deyib ki, Amerikanın dəyişməz konstitusiyası var:

“Düşünmürəm ki, Amerika siyasətdə şəxsiyyətə bağlı olsun. Konstitusiyaya uyğun olaraq Amerika Birləşmiş Ştatlarının rəhbəri istər daxili, istərsə də xarici siyasətdə öz işini qurmalıdır. Bir sıra ekspertlərin Tamp yaxud Klinton seçilsə Azərbaycana yaxşı və ya pis olar deməsi Amerikanın siyasətində dönülməzliyindən irəli gəlir. Buna görə də kimin seçilməsindən asılı olmayaraq düşünürəm ki, Azərbaycan ABŞ-la öz münasibətlərini saxlayacaq və olduğu kimi də xarici siyasətini yeridəcək”.

Öncəki xəbərNövbəti xəbər

2 şərh

  1. Geri izləmə: vagragenericaar.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.