İdman, Xəbərlər, ZZ-Manşet

Azərbaycan Avropa Şurasının konvensiyasına qoşulub

unnamed
Macarıstanın Budapeşt şəhərində keçirilmiş Avropa Şurasının İdmana məsul Nazirlərinin 14–cü Konfransı öz işini yekunlaşdırıb.
Şuranın mətbuat xidmətindən GSR.fm-ə verilən məlumata görə, konfransda Nazir Azad Rəhimovun rəhbərliyi altında nümayəndə heyəti iştirak edib.
 
Konfrans çərçivəsində nazir Azad Rəhimov “Avropa Şurasının futbol oyunları və digər idman tədbirləri zamanı təhlükəsizlik, mühafizə və xidmət məsələlərinə  vahid yanaşma ilə bağlı Konvensiyası”na qoşulması üçün sənədə imza atıb.
Öncəki xəbərNövbəti xəbər