İqtisadiyyat, ZZ-Manşet

“Azərbaycan Bakı-Novorossiysk neft kəmərində maraqlıdır”

polad“Bakı-Novorossiysk kəməri fəaliyyətini davam etdirir”.

GSR.fm-in APA-ya istinadən verdiyi məlumata görə, bunu Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu deyib.

Onun sözlərinə görə, Azərbaycan Bakı-Novorossiysk neft kəmərinin fəaliyyət göstərməsində maraqlıdır: “Əvvəllər neft kəmərinin fəaliyyətinə dair dövlətlərarası müqavilə var idi. Bu müqavilə Bakı-Novorossiysk neft kəmərinin fəaliyyətinə mane olurdu. İndi həmin müqavilə ləğv olunub. Kəmərdə təmir-bərpa işləri aparılıb. Kəmər fəaliyyətini davam etdirir”.

Xatırladaq ki, 2013-cü ilin may ayının 5-də Rusiya Federasiyasının baş naziri Dmitri Medvedevin qərarı ilə, Bakı-Novorossiysk kəməri ilə neftin nəqli dayandırılıb. Bundan öncə, Rusiyanın “Transneft” şirkətindən bildirib ki, sözügedən neft kəməri ilə neft ixracı üzrə sövdələşmə mövcud olmadığı üçün Rusiya kəmərin özünə məxsus hissəsinin işini dayandıracaq. Beləliklə, Rusiya 16 il ərzində neft ixracını tənzimləyən hökumətlərarası saziş qüvvədən düşüb.

2014-cü ilin fevral ayında isə Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) ilə Rusiyanın “Transneft” şirkəti arasında yeni müqavilə imzalanıb.

ARDNŞ-nin məlumatına görə, Bakı-Novorossiysk boru kəməri vasitəsilə neft nəqlinin bərpa edilməsi üzrə uzunmüddətli danışıqlardan sonra ARDNŞ ilə “Transneft” şirkəti arasında qarşılıqlı faydalı kommersiya şərtləri əsasında yeni müqavilə imzalanıb.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.