İqtisadiyyat, Müsahibə, ZZ-Manşet

“Azərbaycan brendi başqa ölkələrdə tanınacaq”

14786025815169846041_1000x669

Azərbaycanlı iş adamlarının Qazaxıstan Assosiasiyasının üzvləri ilə Akmola vilayətinin regional sahibkarlar palatasında görüş keçirilib. Azərbaycanın Qazaxıstandakı səfirliyinin təşkilatçılığı ilə keçirilən görüşün əsas məqsədi iqtisadi və ticari əlaqələrin inkişaf etdirilməsində iş adamlarının imkanlarını araşdırmaq, eləcə də Azərbaycanda istehsal olunan məhsulların Qazaxıstanda təşviqini təşkil etməkdir. 

GSR.fm-ə bu görüşlə bağlı müsahibə verən Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov bunun Azərbaycan iqtisadiyyatına müsbət təsiri olacağını bildirib. O, əlavə olaraq qeyd edib ki, ərzaq məhsullarına elə də tələbat yoxdur:

“Şübhəsiz ki Azərbaycan iqtisadiyyatın müsbət təsiri olacaq. Təkcə iqtisadi məsələ yox, həm də siyasi məsələdir. Azərbaycan brendi başqa ölkələrdə tanınacaq və bunun çox müsbət təsiri olacaq. Lakin onu da bildirək ki, Azərbaycan illər boyu Qazaxıstandan buğda alıb. Ola bilər ki, barter olsun. Buğda əvəzinə Azərbaycanın ərzaq məhsulları Qazaxıstan bazarında satılsın. Sənaye mallarına, ağır maşınqayırma mallarına tələbat ola bilər”.

 

Öncəki xəbərNövbəti xəbər