İdman, ZZ-Manşet

Azərbaycan cüdoçusu Avropa çempionatında qızıl medal qazanıb

cudoRusiyanın Kazan şəhərində keçirilən cüdo üzrə Avropa çempionatı davam edir.

GSR.fm-in Apasport.az-a istinadən verdiyi  məlumata görə, yarışın ikinci günündə mübarizəyə daha 2 idmançı qoşulub.

Yığmanın liderlərindən hesab olunan Rüstəm Orucov (73 kq) mübarizəyə 1/16 finaldan başlayıb. O, ilk cəhdində litvalı Kestutis Vitkauskasla üz-üzə gəlib və rəqibini ippona salıb. Orucov növbəti döyüşündə də eyni uğuru təkrarlayıb. Cüdoçu Yakub Jesminekə (Çexiya) cəmi 22 saniyəyə qalib gəlib. Rüstəm 1/4 finalda Rok Draksiçlə (Sloveniya) qüvvəsini sınayıb. “Böyük dəbilqə”nin qalibi bu rəqibinə də şans verməyərək, yarımfinalda iştirak hüququ qazanıb. Azərbaycanlı idmançı finala gedən yolda rusiyalı Denis Yartsevi də mübarizədən kənarlaşdırıb. Rəqibini ippona salmaq üçün Azərbaycan təmsilçisinə 2 dəqiqə kifayət edib. O, həlledici qarşılaşmada gürcüstanlı Laşa Şavdatuaşvili ilə qarşılaşıb.Rəqibinə qalib gələn Orucov qızıl medal qazanaraq, qitənin ən güclüsü olub.

Əbdülhaqq Rəsullunun (81 kq) da ilk döyüşü 1/16 finala təsadüf edib. Alen Şmittlə (Fransa) qarşılaşan həmyerlimiz tatamini qalib tərk edib. O, 1/8 finalda Yoahim Bottye (Belçika) ilə gücünü yoxlayıb və 67 saniyəyə ipponla uduzub.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.